Gecə yatarkən nə geyinmək lazımdır? - Ginekoloqdan TÖVSİYƏ

Gecə yatarkən nə geyinmək lazımdır? - Ginekoloqdan TÖVSİYƏ

Ginekoloq Valentina Milanova qışda paltarsız yatmağın və gecə geyimi ilə yatmağın faydalarını müqayisə edib.


Sfera.az xəbər verir ki, onun fikrini "Newsweek " nəşri sitat gətirib.


Milanova hesab edir ki, çılpaq yatmaq vərdişi qadınların sağlamlığına faydalı ola bilər, çünki daimi hava axını vaginal infeksiyaların inkişaf riskini azaldır. Bundan əlavə, onun fikrincə, paltarın olmaması bütün bədənin termorequlyasiyasını yaxşılaşdırır.


Eyni zamanda Milanova qeyd edib ki, pijama ilə yatmaq sağlamlığınıza zərər verməyəcək. O, qadınlara gecə yatarkən bədənə xoş gələn və intim zonada nəm balansını saxlaya bilən ipək dəstləri seçməyi məsləhət görüb.

 

Ginekoloq istiliyin qorunmasını yuxu paltarının əlavə üstünlüyü adlandırıb. Eyni zamanda, onun fikrincə, qışda və yayda yataq otağında eyni temperaturu saxlamaq vacibdir - təxminən 18-19 dərəcə. Mütəxəssis, bu üsulla vaginal infeksiyalara qarşı maksimum qorunmanın təmin olunduğunu deyib.



İnci


OXŞAR XƏBƏRLƏR