Bu kosmetika məhsulları döş xərçəngi yaradır - ARAŞDIRMA

Bu kosmetika məhsulları döş xərçəngi yaradır - ARAŞDIRMA

Gündəlik həyatda qadınların istifadə etdiyi bır sıra kosmetika və baxım məhsullarının tərkibində süd vəzi xərçənginə səbəb olan minə yaxın kimyəvi maddə aşkar olunub. 


Sfera.az xəbər verir ki, Massaçusetsdəki tədqiqatçılar kimyəvi maddələrlə bağlı rəsmi məlumatları təhlil ediblər.


Bu araşdırma qadınların demək olar ki, hər gün döş xərçəngi ilə əlaqəli minə yaxın kimyəvi maddəyə məruz qaldığını ortaya çıxarıb.


Tədqiqatçılar qadınlarda döş xərçəngi riskini artıran 922 kimyəvi maddənin siyahısını tərtib ediblər.


Siyahıya saç boyalarında istifadə edilən bir çox kimyəvi maddələr, retinol kremi, sabunlar, şampunlar və təraş köpüyü kimi kosmetik məhsullar daxildir.


Qeyd edək ki, döş xərçəngi qadınlarda ölüm nisbəti ən yüksək olan 2-ci xərçəng növüdür. Xərçəngi gec mərhələdə aşkarlanan qadınların yalnız 30 faizi diaqnozdan sonra beş ildən çox yaşaya bilir.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR