Saçları hansı aralıqda yumaq lazımdır?

Saçları hansı aralıqda yumaq lazımdır?

Mütəxəssislər saçları hansı aralıqda yumağın saç tipi, baş dərisi və s. kimi faktorlardan asılı olduğunu söyləyirlər. Quru şampunların can rahatlığı olmasına baxmayaraq, onlardan çox istifadə etmək də olmaz. Bəziləri saçları hər gün yumağın vacib olduğunu desələr də, bu qayda hər kəs üçün eyni dərəcədə keçərli deyil.
 

Sfera.az dermatoloq Entoni Rossinin saçlar üçün məsləhətlərini təqdim edir. Qeyd edək ki, Entoni Rossi Amerika Dermatologiya Akademiyası Assosiasiyasının üzvüdür.


"Bəzi insanlar saçları hər gün yumağın vacib olduğunu düşünürlər, əks halda saçların həddindən artıq yağlı olacağına inanırlar. Əgər özlərinə bir şans versələr, əslində saçı tez-tez yumağa ehtiyac olmadığını görə bilərlər"-deyə Entoni Rossi bildirir.


Saçı nə qədər tez-tez yumaq saç tipi, yağlı baş dərisi və insanın gündəlik fəaliyyət səviyyəsi də daxil olmaqla bir çox amillərdən asılıdır.

Çox tez-tez saç yumaq onların qurumasına və matlaşmasına, kifayət qədər təmizlənmədikdə isə, saç diblərində yağ toplanmasına səbəb ola bilər.


Bəs siz saçınızı nə vaxt yumalısınız? Necə təyin etmək olar?


Rossi adətən xəstələrinə həftədə bir və ya iki dəfə saçlarını yumağı məsləhət görür. Ancaq saçları qurudan bir prosedur tətbiq etmisinizsə, (məsələn, ağardıcıdan istifadə etmək və ya perma) saç qırılması və ya parçalanmanın qarşısını almaq üçün saçlarınızı 10 gündə bir də yuya bilərsiniz.


Çox yağlı baş dəriniz varsa, saçlarınızı gündə bir dəfə yumaq lazım ola bilər. Qeyd edək ki, bu zaman yaşınız da rol oynaya bilər.

Rossi: “Yetkinlik dövründə bizdə hormonlar çoxalır, buna görə də yağ vəziləri inkişaf edə bilər. Yeniyetmələrdə sızanaqların əmələ gəlməsinin də səbəbi budur".


Yeniyetməlik dövründə uşaqların baş dərisi daha yağlı ola bilər, ona görə də saçlarını daha tez-tez yumaq faydalıdır.


Saçlarınız buruqdursa, qurumağa və ya qırılmağa daha çox meylli ola bilər. Bu zaman çox tez-tez saç yumaq vəziyyəti daha da pisləşdirə bilər. Məhz buna görə də qalın, buruq saçların adətən gündəlik və hətta həftəlik yuyulmasına ehtiyac yoxdur.


Bu cür baş dərisini və saçı təmiz və sağlam saxlamaq üçün iki-üç həftədə bir dəfə yumaq kifayətdir.

Yuma arasında saçınıza necə qulluq etməli


Saç və baş dərisinə qulluq etmək təkcə duşla məhdudlanmır. Yuyulmalar arasında baş dərisinin gigiyenasına riayət etməlisiniz. Ölü dəri hüceyrələrini və zibilləri çıxarmaq üçün saçları daramaq lazımdır.


Baş dərisinin masajı çox faydalıdır. Şampun istifadə etmək məcburiyyətində deyilsiniz, ancaq baş dərinizi qidalandırmaq və nəmləndirməyə kömək etmək üçün kondisioner və ya baş dərisi üçün olan yağlardan istifadə edə bilərsiniz.
 

Əgər məşq zamanı mütəmadi olaraq tərləyirsinizsə, bakteriya çoxalmazsa və ya saçınız və ya baş dərinizdən qoxu gəlməsə, hər dəfə saçınızı şampunlamağa ehtiyac yoxdur. Yalnız su ilə yumaq kifayətdir.
 

Quru şampunların əksəriyyəti saç üçün təhlükəsiz sayılır, lakin lap çox da etibar etmək olmaz. Quru şampunların tərkibindəki maddələr saç köklərində toplanır ki, bu da zərərlidir.
 

Hovuz papaqsız girmək, xlorun saçları quru və kövrək etməsi deməkdir. Saçları əvvəlcədən nəmləndirərək və balzam tətbiq edərək, sıx üzgüçülük papağı taxaraq qorumaq lazlmdır.


Əgər kəpək, saç tökülməsi və ya saç qırılması kimi davamlı baş dərisi və ya saç problemləri ilə üzləşirsinizsə, yaxşı bir dermatoloqa müraciət etməlisiniz.

 

Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...

Gürcüstanın sabiq müdafiə naziri həbs edildi

Tbilisi məhkəməsi sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı qətimkan tədbiri olaraq təyin edilmiş 20 min lari məbləğində girovu həbslə əvəzləyib.  ...

Dünyanın ən kasıb prezidenti vəfat etdi

Uruqvayın keçmiş prezidenti, El Pepe kimi tanınan Xose Muxika 89 yaşında vəfat edib   Sfera.az bu barədə “BBC News”a istinadən xəbər veri...

Dəstək və əzm sayəsində əldə olunan nailiyyətlər: qəhrəmanlarımızın uşaqları beynəlxalq olimpiadalarda - FOTO

Geniş auditoriya IMEC və TIMO beynəlxalq olimpiadalarında qızıl medallara layiq görülən azərbaycanlı məktəblilərin hekayələri ilə artıq tanış olub.   ...

Yeni hərbi prokuror kollektivə təqdim edilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 may 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan...