Bu hallarda xəstələr pullarını həkimlərdən GERİ ALA BİLƏRLƏR - DİQQƏT!

Bu hallarda xəstələr pullarını həkimlərdən GERİ ALA BİLƏRLƏR - DİQQƏT!

Bəzi vətəndaşlar həkimlərin onları lazımsız analizlərə göndərdiyini, heç bir ehtiyac olmasa da, onlara maddi ziyanın dəydiyini bildirirlər. 

 

Maraqlıdır, belə hallarda qanunvericiliyə əsasən tədbir görmək olarmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Vamiq Şükürov deyib ki, xəstə müayinələrin nə qədər əsaslı və lazımlı olmasını bilmək hüququna malikdir:

 

“”Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əsasən, hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Əgər həmin müayinələrin və ya onun bir hissəsinin xəstəliyin müəyyən olunması və müalicə edilməsində zəruri olmaması təsbit edilərsə, xəstənin həkimə və ya həkimin işlədiyi klinikaya qarşı tələb irəli sürmək hüququ yaranır”.

 

Vəkil qeyd edib ki, xəstə sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün zəruri olmayan və ya müalicənin düzgün və effektiv aparılmasına təsir etməyən müayinələrə xərclədiyi pulun geri qaytarılmasını tələb edə bilər:

 

“Bunun üçün ilk növbədə mütəxəssis rəyi verilməlidir. Əgər mütəxəssis müayinələrin lazımsız və zəruri olmaması qənaətinə gələrsə, buna görə ödənilmiş pulu həkim və ya onun işlədiyi klinika xəstəyə ödəməlidir”.

 

Günay



 


OXŞAR XƏBƏRLƏR

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb- FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...

İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb

Türkiyənin üç vilayətində İstanbul Baş Prokurorluğu və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində İran ...

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.  ...