Alimlər kanalizasiya sularını araşdırdılar və... - Sən demə, COVID-19-un yeni növü...

Alimlər kanalizasiya sularını araşdırdılar və... - Sən demə, COVID-19-un yeni növü...

Mütəxəssislər COVID-19-un yeni növü ilə bağlı daha bir xəbərdarlıq ediblər.

 

Sfera.az bildirir ki, “Omicron”un alt variantı olan “JN1”in yeni bir xüsusiyyəti səhiyyə ictimaiyyətinin narahatlığına səbəb olub. Belə ki, onun mədə və bağırsaqlarda da yerləşdiyi və ifrazat yolu ilə ötürüldüyü düşünülür. ABŞ də daxil olmaqla, dünyanın hər yerindən olan elm adamları kanalizasiya sularını analiz edərək bu nəticəyə gəliblər.

 

ABŞ-nin Missuri Universitetinin molekulyar virusoloqu, professor Mark Conson “DailyMail”ə açıqlamasında bunları deyib:

 

“Avropada tullantı sularında COVID-19 konsentrasiyasında böyük artımlar var. Bunun səbəbinin nə ola biləcəyi və başqa halların olub-olmaması ilə bağlı araşdırmalar apardıq. Yeni variantla bağlı faktlara təkcə ABŞ və Avropada deyil, həm də dünyanın müxtəlif hissələrində rast gəldik. Məsələn, Avstriyada bu ilin iyul ayında çirkab sularda koronavirusun səviyyəsi sıfıra yaxın olub. Ancaq indi adambaşına düşən yoluxmuş genlərin səviyyəsi xeyli artıb. “JN1”in də peyvəndə qarşı müdafiə qazandığı və ya bədənin müxtəlif hüceyrələrinə yönəldiyi düşünülür. Xüsusilə mədə və bağırsaqlarla bağlı fikirlər olsa da, praktiki olaraq bu, hələ sübut edilməyib. Bu aşkar edilərsə, koronavirusun yeni növünün yalnız hava ilə deyil, həm də mədə-bağırsaq yolu ilə yoluxduğu ortaya çıxacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR