“Dövlət ehtiyac üzündən orqanlarını satan şəxslərə kömək etməlidir” - Deputat

“Dövlət ehtiyac üzündən orqanlarını satan şəxslərə kömək etməlidir” - Deputat

“Son vaxtlar vətəndaşların böyrək, qaraciyər və digər orqanlarını satması ilə bağlı elanlara tez-tez rast gəlinir. Hətta avtobus dayancaqlarında da bu elanlarla rastlaşmaq mümkündür. Bu məsələdə bir neçə yanaşma ola bilər. Vətəndaş ya ehtiyac ucbatından daxili orqanlarını satır, ya da möhtəkirlər insanları qazanc məqsədilə buna sövq edir. Ən dəhşətlisi isə cinayətkar qrupların bu işdə əlinin olması ehtimalıdır”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

Deputat bildirib ki, o, bu barədə aidiyyatı orqanlara müraciət edib:

 

“Azərbaycan vətəndaşlarının çətinə düşən zaman dövlətindən yardım alması onların hüquqlarıdır. Odur ki, ehtiyac ucbatından daxili orqanlarını satan vətəndaşlara dövlət səviyyəsində yardım göstərilməsi üçün addımlar atılmalıdır”.

 

Vəkil Ramil Süleymanov isə məsələnin hüquqi tərəflərini izah edib:

 

“Qanuna görə, digər tibbi üsullarla və meyit donor orqanları vasitəsilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda canlı donordan orqanların transplantasiyasına yol verilir. Canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər. 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan və toxumaların götürülməsi qadağandır. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası” haqqında Qanunun32-ci maddəsinə əsasən,  Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır".

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR