Dünyada 422 milyon insan diabet xəstəsidir

Dünyada 422 milyon insan diabet xəstəsidir

BMT baş katibi Pan Gi Mun Dünya diabet günü ilə əlaqədar müraciət yayıb.

BMT-nin Azərbaycan ofisindən verilən məlumata görə, baş katib bildirib ki, diabet bütün dünyada zəif görmənin və görmə qabiliyyətinin itməsinin əsas səbəblərindən biridir:

"Bu dəyişikliklər ağrısız və tədricən baş verdiyi üçün insanlar çox vaxtı yalnız görmə qabiliyyəti tamam pisləşdiyi vaxt problemin olduğunu dərk edirlər. Bu mərhələdə görməni yaxşılaşdırmaq və ya bərpa etmə etmək üçün çox gec ola bilər. Diabetdən əziyyət çəkən bütün insanların nəyə diqqət yetirilməli olduğunu bilən və məsləhətlər vermək, müalicə təyin etmək iqtidarında olan ixtisaslı mütəxəssislərə müraciət edərək, görmə qabiliyyətinin mütəmadi yoxlanılmasını təmin etməsi vacibdir. İnsan qanda olan qlükozanın miqdarına və qan təzyiqinə nəzarət edə bilirsə, qan damarlarında dəyişiklik riskini azalda bilər. Hətta dəyişikliklər baş verdiyi hallarda belə, müasir müalicə sayəsində dəyişiklik prosesini ləngitmək olar”.

Müraciətdə bildirilib ki, ildən ilə, əsasən əhalinin yaşlanması və artıq çəkili insanların sayının artması üzündən, diabet getdikcə daha çox yayılmış xəstəliyə çevrilir:

"Son 35 ildə diabet xəstəliyinə tutulma səviyyəsi demək olar, iki dəfə artıb və ən çox artım az və orta gəlirli ölkələrdə baş verib. Hazırda 422 milyon insan diabetdən əziyyət çəkir. Bu xəstəlik ömür müddətini qısaldır və onunla mübarizə aparılmadığı təqdirdə, əl və ya ayaq amputasiyası, iflic və ya böyrək çatışmazlığı kimi ciddi fəsadlara yol aça bilər. Diabet ailə büdcələri və ölkə iqtisadiyyatı üçün ağır fəsadlar törədir. Bu beynəlxalq gündə, mən, hamımızı onun "Diabeti gözdən qoymayaq” mövzusuna uyğun hərəkət etməyə çağırıram. Gəlin, onun profilaktikasına və səhiyyə xidmətlərinin gücləndirilməsinə daha çox diqqət yetirək ki, sağlamlığı alan bu xəstəlikdən əziyyət çəkən hər bir insan ehtiyac duyduğu dəstəyi ala bilsin”.



OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...

Rusiya Mədəniyyət Nazirliyindən xəbərdarlıq: Azərbaycanlılara...

Rusiya Mədəniyyət Nazirliyi nazirlik adından Teleqram kanalları tərəfindən saxta sənədlərin yayılması ilə bağlı xəbərdarlıq edib.   Sfera.az xəb...

Baş nazir imzaladı: Bu şəxslərə 6 min manat ödəniləcək

Baş nazir Əli Əsədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Q...