İt saxlamaq demans riskini azaldır

İt saxlamaq demans riskini azaldır

Yaponiyada aparılan araşdırmalara görə, it sahibi olmaq qocalıqda demans riskini azalda bilər.
 

Sfera.az bildirir ki, yapon alimlərinin 65 yaşdan yuxarı təxminən 12.000 sakin arasında apardığı 4 illik araşdırmalar bu nəticəyə gəlməyə əsas verib. Belə ki, it sahiblərinin demensiyaya riski, iti olmayanlara nisbətən 40% daha azdır.
 

Tədqiqatın rəhbəri Dr Yu Taniguchi bildirib ki, tədqiqat qrupu heç vaxt iti olmayan yaşlı insanların psixi sağlamlığını, ev heyvanları olanlarla müqayisə edib. O, həmçinin əlavə edib ki, itləri olan insanlar onları havaya çıxararkən, özləri də idman etmiş sayılır.
 

“Bir itə sahib olmaq sahiblərinə vərdiş olaraq idmanla məşğul olmağa və sosial təcriddən qaçmağa imkan verir ki, bu da demansın inkişaf riskini minimuma endirən əsas amildir" - deyə o bildirib.
 

Fiziki fəaliyyət vərdişi mütləqdir. Alimin sözlərinə görə, bir insanın iti varsa, lakin müntəzəm məşq etmirsə və sosial cəhətdən passiv həyat keçirirsə, demansın inkişaf ehtimalı daha yüksəkdir”.
 

Tədqiqat cins, ailə vəziyyəti, təhsil səviyyəsi, gəlir və xəstəlik tarixçəsi, həmçinin ev heyvanı olub-olmamasından asılı olmayaraq, etdikləri məşq miqdarı da daxil olmaqla digər dəyişənləri də əhatə edib. Tədqiqatda iştirak edən 11914 nəfərin orta yaşı 74,2 olub və onların 51,5%-ni qadınlar təşkil edib.
 

"İtə sahib olmaq effektiv şəkildə insanların fiziki fəaliyyət vərdişinə yiyələnmələrini tələb edir və bu, onların bu sayədə digər insanlarla qarşılıqlı əlaqədə olma və sosiallaşma ehtimalını artırır".
 

Tədqiqat həmçinin bu nəticələrin pişiklərlə arasındakı əlaqələri araşdırıb. Lakib müəyyən olub ki, pişik sahibi olmaq sahibinin zehni rifahına heç bir nəzərə çarpan təsir göstərmir.

 

Qeyd edək ki, 125 milyon əhalisi olan Yaponiyada 2022-ci ildə təxminən 7,1 milyon ev iti olub ki, bu da 67,3 milyon əhalisi olan Böyük Britaniyadakı 13 milyon ev itlə müqayisədə xeyli az deməkdir.
 

“Age UK” xeyriyyə təşkilatı bildirib ki, araşdırmalar ev heyvanları olan insanların adətən daha aşağı qan təzyiqi və xolesterin səviyyəsinə malik olduğunu, heyvanların isə yaşlı insanların fiziki, emosional və sosial inkişafını yaxşılaşdırdığını göstərib.
 

Onu da bildirək ki, Böyük Britaniyada insanlara rahatlıq və stimul vermək üçün ev heyvanlarını baxım evlərinə, məktəblərə, əlillər üçün müəssisələrə və həbsxanalara aparan bir sıra özəl təşkilatlar var.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...

Çilidə təyyarə qəzası olub, çoxlu sayda insan ölüb

Çilinin Curacavi şəhərində baş verən təyyarə qəzasında altı nəfər həyatını itirib. Qəza nəticəsində pilot, köməkçi pilot, bir həkim, tibb bacısı, xəstə və xəstə...

Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-c...

Almaniyada miqrasiya qərarı - “Milli fövqəladə vəziyyət” elan edildi

Almaniyanın yeni Kansleri Fridrix Mers ölkənin sərhədlərini daimi şəkildə nəzarətə almaq məqsədilə miqrasiya məsələsində “milli fövqəladə vəziyyət” ...