Siqaret çəkənlərin beyin həcmi daha kiçik olur - Araşdırma

Siqaret çəkənlərin beyin həcmi daha kiçik olur - Araşdırma

Pensilvaniya Universitetinin alimləri siqaret çəkməyin beyinin kiçilməsinə səbəb ola biləcəyini, potensial demensiya (ağılsızlıq) riskini artırdığını sübut ediblər.

 

Sfera.az xəbər verir ki, siqaret çəkənlərin beyin həcmi siqaret çəkməyənlərə nisbətən daha kiçik olur.

 

Genişmiqyaslı tədqiqatda 28 mindən çox insan iştirak edib. Alimlər Böyük Britaniya sakinlərinin genetik və tibbi məlumatlar bazasından olan MRT görüntülərini təhlil ediblər.

 

Məlum olub ki, çəkilən hər əlavə siqaret boz maddənin həcminin təxminən 0,15 kubmetr azalmasına gətirib çıxarır.

 

Həmçinin, beyin ölçüsünün azalması Alzheymer xəstəliyi də daxil olmaqla, bir sıra nevroloji xəstəliklərlə əlaqələndirilib.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR