Bal ürəyin qoruyucusudur

Bal ürəyin qoruyucusudur

Ürək damarlarının açılmasına və qan dövranının sürətlənməsinə yardımçı olan bal, ürəyi qoruyan təsirli bir vasitədir.

Balın tərkibindəki qlükoza ürək əzələlərini qidalandırır və ürək əzələlərinin yaxşılaşmasına kömək edir.
Sfera.az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər, hər gün 50-75 qram istehlak edilən balın ürəyi qorumaqda təsirli olduğunu qeyd edirlər.
Bal həmçinin, bağırsaq infeksiyalarına və xroniki qəbizliyə qarşı əla vasitədir.
Mütəxəssislər, hər gün səhər və axşam olmaqla ac qarnına 25 qram bal yeməyin mədə və bağırsaq funksiyalarını tənzimlədiyini qeyd edirlər.
Həmçinin bal mədə və 12 barmaq bağırsağının yaralarını, mədə ağrısını, həzm problemini aradan qaldırır.
İnfeksiyalara qarşı təsirli olan balın yaraları sağaltma və həzm sistemini gücləndirmək kimi funksiyaları da vardır.
Mütəxəssislər balın ağciyəri nəmləndirmə, öskürəyi aradan qaldırma və ağrıları azaltmaqla yanaşı, orqanizmdə sakitləşdirici təsir yaradaraq yuxuya da yardımçı olduğunu qeyd edirlər.


OXŞAR XƏBƏRLƏR