Donuz ürəyinin insana transplantasiyası heç bir əks təsir göstərməyib

Donuz ürəyinin insana transplantasiyası heç bir əks təsir göstərməyib

Donuz ürəyinin insana transplantasiyasından sonra heç bir əks təsir və ya infeksiya əlamətləri müşahidə edilməyib.

 

Sfera.az CNN-ə istinadən xəbər verir ki, geni dəyişdirilmiş donuz ürəyinin ürək xəstəliyinin son mərhələsində olan xəstəyə köçürülməsi üzrə eksperimental prosedurdan bir ay sonra həkimlər ürəyin sərbəst işlədiyini və heç bir əks təsirin olmadığını bildiriblər.

 

58 yaşlı Lourens Fauçette sentyabr ayında əməliyyat olunub.Lourens Fauçette dünyada eksperimental donuz ürəyi transplantasiyası edilən ikinci şəxsdir. O, əməliyyatdan sonra fizioterapiya alır. Fauçettenin ürək xəstəliyi və əvvəllər mövcud olan şərtlər onun ənənəvi ürək transplantasiyasına uyğun olmadığını göstərib.


Cərrahiyyə əməliyyatını həyata keçirən Merilend Universiteti Tibb Fakültəsinin (UMMC) Ürək və Ağciyər Transplantasiyası Proqramının direktoru bildirib ki, hazırda infeksiyaya və orqanizmin imtinasına dair heç bir fakt yoxdur.

 

UMMC-nin Kardiyak Ksenotransplantasiya Proqramının direktoru Məhəmməd Mohiddin isə ürək dərmanlarını ləğv etdiklərini və Fauçettenin ürəyinin sərbəst işlədiyini qeyd edib.


Xəstəxana Fauçettenin fiziki terapiya aldığı görüntüləri də yayıb. Fauçette hələ ayaq üstə köməksiz qala bilməsə də, yataqdan özü qalxa bilir.

 


Qeyd edək ki, Fauçette xəstəxanaya ilk dəfə sentyabrın 14-də ürək çatışmazlığı diaqnozu ilə qəbul edilib. Xəstəxanada olarkən onun ürəyi ikinci dəfə dayanıb və həkimlərin səyi nəticəsində həyata qaytarıla bilib.

 

Aynil Camal


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...

Nazir: "Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır"

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstan müda...

Türkiyəli müğənnini Bakıya ad gününə çağırdılar - FANTASTİK MƏBLƏĞ

Tanınmış türk müğənni Petek Dinçöz Bakıda ad günündə iştirak edib.   Sfera.az xəbər verir ki, bununla bağlı aparıcı Elgiz Əkbər məlumat verib. &nb...