Dietadan sonra təkrar kökəlməmək üçün NƏ ETMƏLİ?

Dietadan sonra təkrar kökəlməmək üçün NƏ ETMƏLİ?

"Pəhriz saxlayan bəzi insanlar kəskin dieta rejimindən sonra qidaları qarışdırır və qidalanma rejimində pozulmalar yaranır".

 

Bunu Sfera.az-a açıqlamasında dieotoloq Esmira Cəfərova deyib. Mütəxəssis qida rejimində kəskin dəyişikliyin edilməsinin xəstəliklər yarada bildiyini də xatırladıb:

 

"Qida rejiminin pozulması həzm sisteminin və maddələr mübadiləsində problemlərə, kilo almaq kimi fasadlarla yol açması ilə yanaşı daxili orqanların artıq yüklənməsinə də səbəb olur. Nəzərə almaq lazımdır ki, orqanizm standart çalışma mexanizminə malik olduğu üçün onu yükləməmək lazımdır. Çünki orqanizm üçün xüsusi günlərin, yaxud rejimin olmasının fərqi yoxdur. Yaxşı olardı ki, normal rejimə qayıtdıqdan sonra günorta və axşam yeməklərində ana yemək kimi bir növ heyvanın ətindən istifadə olunsun. Ümumiyyətlə, hər gün bir növ yeni yemək istehlak etmək lazımdır. Xüsusi günlərdə, adətən şam yeməyində ağır yeməklər qəbul olunur. Yaxşı olardı ki, şam yeməklərində qızardılmış məhsullar olmasın və hər yeməyin yanında mövsümi tərəvəzlər istifadə olunsun. Bu, digər qidaların asan həzm olunmasına kömək olur".

 

Müsahibimizin sözlərinə görə, şirniyyatı və suyu yeməkdən öncə qəbul etmək lazımdır:

 

"Şirniyyatı yeməkdən bir saat əvvəl, ya da ara yemək zamanı qəbul etmək lazımdır. Salatları hazırlayarkən isə moyonez əvəzinə xamadan istifadə etmək sağlamlıq üçün daha yararlıdır. Bundan başqa yemək zamanı qazlı içkilər içmək həzm sistemini pozur və bu da piylənmə yaradır. Yeməklə birgə qəbul olunan su yeməyin mədəni tez tərk etməsinə səbəb olur ki, bu da həzm sistemini pozur. Ona görə su yeməkdən yarım saat öncə, yaxud da yeməkdən bir saat sonra içilməlidir

 

Həftədə bir və ya iki gün südlü desert və ya tort yemək, ya da əsas yemək kimi fast food istifadə etmək olar. Amma burada da nəzarət sizin əlinizdə olmalıdır. Məsələn, pizza yeyərkən mayonezdən istifadə etməyin, 1-2 dilim orta ölçülü pizza yeməyə üstünlük verin. Yan içki olaraq mineral su və ya yüngül içkilər seçə bilərsiniz. Uzun müddətdir, müəyyən çəkidə olan orqanizm bu çəkisini saxlamaq üçün mübarizə aparır. Başqa sözlə desək, əldə edilən çəkini saxlamaq üçün bir müddət həmin çəkidə qalmaq vacibdir, əks halda bədən əvvəlki çəkiyə qayıtmağa cəhd edə bilər", - ekspert fikrini yekunlaşdırıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR