Azərbaycanda abortların sayı sürətlə ARTIR

Azərbaycanda abortların sayı sürətlə ARTIR

Ötən il Azərbaycanda abortların sayı ən yüksək həddə çatıb.   


Sfera.az xəbər verir ki, 15-49 yaşlı hər 1000 qadına düşən abort sayı 2022-ci ildə 22,1-ə yüksəlib. 2021-ci ildə bu göstərici 17,9 idi.


Son illərdə abortların sayı əsasən yüksələn xətt üzrə davam edir. 2012-2022-ci illərin əhatə edən onillik dövrdə abortların sayı 2 dəfə, son beş ildə 1,56 dəfə artıb. 


2022-ci ildə 58 min abort faktı qeydə alınıb. Yaş qrupları üzrə ən çox abort 30-34 yaşlarında (17 844 say), 25-29 yaşlarında (17 030 say) və 35 yaşdan yuxarı yaşlarda (11 572 say) icra edilib. 


2022-ci ildə ölkədə qeydə alınan abortların 1722-si və ya 3 faizi ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib. 


Azərbaycanda abort hamiləliyin 12 həftəsinə qədər, xüsusi hallarda isə 12-28 həftə arasında qanunidir.  


Vasif

 


OXŞAR XƏBƏRLƏR