Onlayn dərman alış-verişi risklidir – Nələrə diqqət etməliyik?

Onlayn dərman alış-verişi risklidir – Nələrə diqqət etməliyik?

Onlayn alış-verişin genişləndiyi indiki dövrdə bəzən insanlar dərmanları da internet üzərindən sifariş verirlər. Bu isə bəzi hallarda əldə edilən dərman preparatalarının keyfiyyətsiz, saxta olması ilə əlaqədar şikayətlərin artmasına səbəb olur.

 

Zamana və cüzi qiymət fərqi ilə maddi vəsaitə qənaət etmək istəyən vətəndaşlar bu şəkildə aldadanmamaq  və problem yaşamamaq üçün nə etməlidirlər?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqma verən əczaçı Səbinə Babayeva internet vasitəsilə satılan dərmanların saxta çıxmaq ehtimalının yüksək olduğunu deyib:

 

"Xüsusilə iş saatları ərzində aptekə gedə bilməyən xəstələr, sağlamlıq vəziyyətini ailələrinə açıqlamaq istəməyənlər dərmanları internet vasitəsilə almağa üstünlük verirlər. Dərmanlar bu sahə üzrə ixtisaslaşmayan yerlərdən və ya insanlardan deyil, əczaçı nəzarəti altında apteklərdən alınmalıdır. İnternetdən dərman alarkən saxtasına rast gəlmək riski yüksəkdir. Hazırda bu sahədə onlayn bazarı izləmək, ciddi nəzarət mexanizmi tətbiq etmək daha çətindir. Dərmanın saxta ola biləcəyi ilə bağlı bir neçə əlamətə diqqət yetirmək vacibdir. Adətən keyfiyyətsiz, saxta dərmanların qablaşdırılmasında qüsurlar olur. Belə ki, dərmanların üzərindəki məlumatlandırıcı qeydlər zəif yapışdırılmış olur. Onların üzərində ştrix kod yazılmamış olur və mətn zəif şəkildə çap olunur".

 

Saxta dərman qəbulunun yüksək risk yaratdığını deyən S.Babayevanın sözlərinə görə, xüsusilə onlayn qaydada arıqlama dərmanları sifariş edənlər ciddi problemlər yaşayır:

 

"Arıqlama dərmanları saxta dərmanlar arasında liderdir. Mənbəyi, istehsalçısı və saxlanma şəraiti şübhə doğuran bu məhsulların satışı insanların sağlamlığı üçün böyük risklər yaradır. Saxta dərmanlar müalicənin uğursuzluğuna, uzun müddət davam edən xəstəliyə, yoluxucu xəstəliklərin artmasına, gözlənilməz yan təsirlərin yaranmasına,  zəhərlənmələrə, əlilliyə və hətta ölümə səbəb ola bilər. Buna görə də maksimum şəkildə onlayn qaydada dərman almaqdan çəkinmək lazımdır".

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

"Qarabağ" "Neftçi"yə qarşı: Hesab açıldı

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Ərdoğan Harrislə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ərəfəsində Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd Kamala Harrisl...

"Müharibədəki zirehli jiletimi Faiq Ağayevə bağışladım, qəbul etmədi"

"Aparıcı İlqar Mikayıloğlu hərbi bayramların birində mənə zirehli jilet bağışlamışdı".   Sfera.az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağ...