Gözümüzü “kor edən” vərdişlər – Oftalmoloqdan “bunları etməyin” məsləhəti

Gözümüzü “kor edən” vərdişlər – Oftalmoloqdan “bunları etməyin” məsləhəti

Uzanıqlı vəziyyətdə oxumaq və işləmək vərdişi görmə qabiliyyətinə mənfi təsir edir.

 

Sfera.az xəbər verir ki, bu barədə oftalmoloq, mikrocərrah, tibb elmləri namizədi Svetlana Mirqorodskaya xəbərdarlıq edib.

 

Mirqorodskayanın fikrincə, görmə qabiliyyətini pozan əsas amillərdən biri də yaxından nəyəsə baxmaqla göz əzələlərini əlavə yükləməkdir. Həkim kompüterdə işləyərkən və ya kitab oxuyarkən hər saatın tamamında fasilə verərək 5-10 dəqiqə uzaq məsafəyə baxmağı tövsiyyə edir.

 

Oftalmoloq zəif işıqlandırma şəraitində görmə gərginliyinin yaranmasının görməni pisləşdirən digər  hal olduğunu deyib.

 

"Çox parlaq və ya zəif işıq səbəbindən göz əzələlərində gərginlik artır və bu da onların spazmına səbəb olur. Həmçinin bu səbəbdən quru göz sindromu yarana bilər"-, deyə mütəxəssis izah edib.

 

Mirqorodskaya insanları uzanaraq işləmək və ya kitab oxumaq vərdişindən əl çəkməyə çağırıb. “Bu vəziyyətdə işləyərkən boyun əzələlərində gərginlik artır, baş, boyun və gözlərin qan təchizatı pisləşə bilər. Bundan əlavə, göz əzələləri daha çox yük alır",- mütəxəssis qeyd edib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...