Logo

Ağ Evdə COVİD-19 HƏYƏCANI - Birinci xanım virusa yoluxdu

Ağ Evdə COVİD-19 HƏYƏCANI - Birinci xanım virusa yoluxdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cill Baydenin koronavirus testi müsbət çıxıb.

Sfera.az bildirir ki, bu barədə Ağ Ev məlumat verib. Bildirilib ki, ABŞ-nin birinci xanımı, 72 yaşlı Cill Baydendə yüngül simptomlar müşahidə olunub. Məlumata görə, ardınca ölkə başçısı da testdən keçirilib, lakin nəticə mənfi olub.

“Co Bayden bu həftə müəyyən aralıqlarla sınaqdan keçiriləcək və onun simptomları izlənəcək”, deyə əlavə edilib.

Qeyd edək ki, Baydenin G20 sammitində iştirak etmək üçün cümə axşamı Hindistanın paytaxtı Yeni Dehliyə, bazar günü isə Vyetnamın paytaxtı Hanoya gedəcəyi gözlənilir.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR