21 gün şəkərsiz pəhriz saxlamaq üçün bunları etməlisiniz

21 gün şəkərsiz pəhriz saxlamaq üçün bunları etməlisiniz

Orqanizmin sağlam olması üçün gündəlik istifadə etdiyimiz duz və şəkərdən mümkün qədər uzaq durmaq lazmdır.  Bu dəfə 21 gün ərzində şəkər qəbul etməməyin orqanizmə təsirindən danışacağıq. Bəs niyə məhz 21 gün?

 

Sfera.az xəbər verir ki, elmi olaraq sübut edilib ki, istənilən vərdişə yiyələnmək və şüuraltı olaraq bunu alışqanlıq halına gətirmək üçün gərəkli olan müddət minimum 21 gündür. Bu səbəbdən şəkəri həyatınızdan çıxartmaq istəyirsinizsə, 21 gün aşağıdakılara əməl etməlisiniz.

 

21 gün boyunca bu qidalardan uzaq durmalısınız:

 

Şəkər və tərkibində şəkər olan qidalardan: keks, şokolad, dondurma, meyvəli yoqurt, pudinq, şirin çay, qəhvə və s.

 

Un məmumlatlarından: ağ çörək, makaron, börək, simit və bu qəbildən olan bütün şirniyyat və məhsullardan.

 

Tam buğda, çovdar şörəyi, yulaf, bulqur, qreçka, kinoa isə yeyə bilərsiniz. Adı çəkilən bitkilərdən müxtəlif şirniyyatlar da hazırlamaq mümkündür ki, şəkər qatmadan (bəkməz və ya balla hazırlayın) istehlak edə bilərsiniz.

 

Həmçinin: çips, kola, peçenye, meyvə suları kimi qidalardan uzaq durun.  

 

Şəkər yalnız bu formada istehlak edə bilərsiniz:

 

2-3 dilim meyvə, 1 qaşıq bal və ya bəkməz, 2 dilim (10 qram) bitter şokolad.

 

Mütləq olaraq:

 

Spirtli içkilərdən istifadə etməyin.

Gün ərzində 2,5-3,5 litr su için.

Gün ərzində 6-8 saat yuxu yatın.

Gündə ən azı 30 dəqiqə gəzin.

 

21 gün ərzində bunları yemək olar:

 

Az yağlı ət, toyuq əti, balıq, yumurta, pendir, mərcimək, noxud, qırmızı lobya, süd, kefir, ayran, mövsümə uyğun meyvələr (qədəri yuxarıda qeyd olunub), qurudulmuş meyvələr (gündə 2-3 ədəd), badam, fındıq, fısdıq, qoz, balqabaq toxumu, avokado, çia toxumu, kakos, kakao, az miqdarda duz.

 

Pəhrizinizi bu siyahıda qeyd olunanlara əsasən tərtib edərək həm də sağlam arıqlaya bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...

Çilidə təyyarə qəzası olub, çoxlu sayda insan ölüb

Çilinin Curacavi şəhərində baş verən təyyarə qəzasında altı nəfər həyatını itirib. Qəza nəticəsində pilot, köməkçi pilot, bir həkim, tibb bacısı, xəstə və xəstə...