Gənclərin YADDAŞ PROBLEMİ - Mütəxəssis həll yollarını AÇIQLADI

Gənclərin YADDAŞ PROBLEMİ - Mütəxəssis həll yollarını AÇIQLADI

“Gərginlik, stress, informasiya çoxluğu, yuxusuzluq, yanlış qidalanma və digər amillər yaddaşın zəifləməsinə səbəb olur”.

 

Sfera.az bildirir ki, bu sözləri həkim-nevroloq Qalib Əsədov deyib.  Onun sözlərinə görə, son zamanlar gənclərin bir çoxu bu problemdən əziyyət çəkir:

 

“Yaşlandıqca yaddaşın zəifləməsi normal sayıla bilər. Lakin gənclərdə yaddaş zəifliyinin səbəbləri əsasən qeyd etdiyim amillərdir. Yaddaşın yaxşılaşdırılması üçün ilkin olaraq düzgün qidalanmağa, hər gün eyni saatda yatıb durmağa və fiziki işlə məşğul olmağa çalışmaq lazımdır. Bir çox qidalar yaddaşı möhkəmləndirmək bacarığına malikdir. Bunların sırasında balıq əti, balıq kürüsü, yumurta, kakao, qoz və müxtəlif çərəzlər, lobya, meyvə-tərəvəz, süd və digərlərini misal göstərə bilərik. Səhər yeməkləri sağlamlıq üçün xüsusi əhəmiyyət daşıyır. Səhər yeməyi zamanı şirin çay içmək orqanizm üçün çox faydalıdır. Bu, həm də yaddaşın möhkəmlənməsi üçün əvəzolunmaz vasitədir”.

 

Mütəxəssis bildirib ki, yaddaş zəifləməsinin əsas səbəblərindən biri də damarlarda baş verən dəyişikliklərdir:

 

“İdmana zaman ayırmaq, eyni zamanda yüksək səslə kitab oxumaq, şeir əzbərləmək, yalnız lazım olan informasiyanı beyində saxlamaq və tərkibində kalsium, fosfor, A, C, E, B vitaminləri olan qidaları qəbul etmək yaddaşın möhkəmlənməsinə kömək edə bilər. Həddindən artıq televizor izləmək də yaddaşa mənfi təsir göstərir. Davamlı olaraq oxumaq, yeni hobbilər əldə etmək, tapmaca həll etmək zehninizi gücləndirər. Həmçinin, kifayət qədər yatmaq lazımdır. Gündə səkkiz saatlıq yuxu ilə beyninizin dincəlməsinə şərait yaradın”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...

Çilidə təyyarə qəzası olub, çoxlu sayda insan ölüb

Çilinin Curacavi şəhərində baş verən təyyarə qəzasında altı nəfər həyatını itirib. Qəza nəticəsində pilot, köməkçi pilot, bir həkim, tibb bacısı, xəstə və xəstə...

Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-c...

Almaniyada miqrasiya qərarı - “Milli fövqəladə vəziyyət” elan edildi

Almaniyanın yeni Kansleri Fridrix Mers ölkənin sərhədlərini daimi şəkildə nəzarətə almaq məqsədilə miqrasiya məsələsində “milli fövqəladə vəziyyət” ...