Heç bir şikayətimiz olmasa da... – İldə neçə dəfə həkim müayinəsindən keçməliyik?

Heç bir şikayətimiz olmasa da... – İldə neçə dəfə həkim müayinəsindən keçməliyik?

Mütəxəssislər bildirir ki, sağlamlığı qorumaq üçün mütəmadai olaraq müayinədən keçmək lazımdır. Buna səbəb kimi müxtəlif xəstəliklərin əlamətlərinin özünü gec göstərməsi, bu yolla ağırlaşma hallarıının önlənməsi göstərilir.

 

Maraqlıdır, heç bir problem olmadığı halda həkim müayinəsində hansı aralıqda olmalıyıq?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən terapevt Məlahət Hümbətova insanların yaş kateqoriyalarına uyğun olaraq fərqli aralıqda müayinə edilməli olduğunu deyib:

 

“Birinci kateqoriya 18-40 yaş arasında olan pasiyentlərdir. Hansı ki, onlar 3 ildə bir dəfə terapevt müayinəsindən keçməlidir. 2 ildə bir dəfə flüoqrafiya, eloktrokardioqrafiya, qan və sidiyin ümumi analizi, ürək damar xəstəliklərinin qarşısını almaq üçün lipid spektrləri və qanda şəkərin miqdarı ilə bağlı analizlər verilməlidir.

 

İkinci yaş kateqoriyası isə 40-65 yaş arası pasiyentlərdir. Bu yaş aralığında olan pasiyentlər hər il terapevtin müayinəsində olmalı, xəstəlik və şikayətlərindən asılı olaraq, nevropotoloq, kardioloq və oftolmoloq həkimlərin müayinəsindən keçməlidirlər. Bu yaş qrupunda olan şxəslərə hər il elektrokardioqrama, exokardioqrama, qarın boşluğunun ultrasəs müayinəsi olunmalıdır”.

 

Həkimin sözlərinə görə, xüsusilə qadınlar müntəzəm olaraq həkim yoxlanışında olmalıdırlar:

 

“Qadınlar müntəzəm olaraq ginekoloq müayinəsindən keçməli və süd vəzilərinin rentgen müayinəsini etdirməlidirlər. Yaş artıqca bütün xroniki xəstəliklər proqressivləşir və onların fəsadları əmələ gəlir. Bu isə yaşayış keyfiyyətinə təsir edir. 65 yaşdan yuxarı pasiyentlərin ildə 2 dəfə terapevt müayinəsində olması məsləhət görülür. Yaşı 40-ı keçən hər kəs iki ildə bir dəfə göz müayinəsi, xərçəng yoxlanışından keçməlidir. Risk faktorları, yeyilən qidalar, hava şəraiti və s. ildə bir dəfə şikayət olmasa da, müayinələr aparılmasını zəruri edir”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...