Pediatrdan valideynlərə XƏBƏRDARLIQ: "Saat 11-dən 17-yə kimi..."

Pediatrdan valideynlərə XƏBƏRDARLIQ:

Məlum olduğu kimi, son günlər ölkə ərazisində yüksək hava temperaturu hökm sürür. Bununla əlaqədar insanlar arasında günvurma və s. kimi problemlər yaşanır.Lakin buna baxmayaraq, əksər hallarda günün qızmar saatlarında uşaqların açıq havada zaman keçirdiklərinin şahidi oluruq. Xüsusilə günorta saatlarında azyaşlılar velosiped sürür, yaxud müxtəlif oyunlar oynayırlar. 

 

Maraqlıdır, temperaturun yüksək olduğu bir zamanda uşaqların açıq havada zaman keçirməsi nə dərəcədə uyğundur?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən pediatr Günay Rəsulova yay aylarında günün müəyyən saatlarında uşaqların bayırda zaman keçirməsinin müxtəlif problemlər yarada biləcəyini deyib:

 

“Günün qızmar saatlarında uşaqların açıq havada zaman keçirməsi tövsiyə olunmur. Çünki belə olduğu təqdirdə günvurma və istilikvurma halları ilə bağlı problemlər yaşanır. Bizə də bu istiqamətdə müraciətlər daxil olur. Ona görə də uşaqlar səhər saat 11:00 və axşam saat 17:00 aralıqlarında günəş altında olmamalıdırlar. Əgər uşaqların bu saatlarda günəşin altına çıxmaq zərurəti yaranarsa, mütləq şəkildə onların başlarında qoruyucu papaq olmalıdır”. 

 

Pediatr valideynləri bəzi qaydalara riayət etməyə çağırıb:

 

“Bundan başqa, yay aylarında valideynlər uşaqların geyindikləri paltarlara xüsusi diqqət yetirməlidirlər. İsti havalarda uşaqlar bol maye qəbul etməlidirlər ki, istilikvurma halları yaşanmasın. Eyni zamanda gün şüalarına qarşı qoruyucu SPF kremlərdən istifadə də zəruridir”. 

 

Mütəxəsisslər qeyd edir ki, D vitamini almaq üçün günəş şüaları altında uşaqları bir neçə dəqiqə gəzdirmək yetərlidir. Xüsusilə dəri rəngi açıq olan uşaqlar uzun müddət günəş şüaları altında gəzməməlidirlər. Gün altında uzun müddət qalmaq ürəkbulanma, qusma, hərarətin artması kimi müxtəlif problemlər yaşada bilir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...

Çilidə təyyarə qəzası olub, çoxlu sayda insan ölüb

Çilinin Curacavi şəhərində baş verən təyyarə qəzasında altı nəfər həyatını itirib. Qəza nəticəsində pilot, köməkçi pilot, bir həkim, tibb bacısı, xəstə və xəstə...