\"Bu içkilər alkoqoldan daha təhlükəlidir” - Həkimdən HƏYƏCAN TƏBİLİ

\

“Marketlərdə satılan enerji içkiləri alkoqoldan daha zərərlidir”.

 

Sfera.az bildirir ki, bunu türkiyəli məşhur həkim və diyetoloq Canan Karatay deyib.

 

O, enerji içkilərinin immunitet sisteminə təsirindən danışıb:

 

“Enerji içkilərinin həddindən artıq istehlakının ən çox bilinən yan təsiri yuxu ilə bağlı problemlərdir. Bu içkidən istifadə etdiyiniz zaman əlavə kofein səbəbindən xroniki yuxu pozğunluqları yaşaya bilərsiniz. Əvvəllərdə lazım olan enerji təmin edilsə də, sonrakı mərhələlərdə yorğunluq, yuxusuzluq və bədən ağrısı kimi yan təsirlər meydana çıxmağa başlayır. Bütün enerji içkilərinin tərkibində çoxlu qarğıdalı siropu şəkəri var. Bunlar immunitet sistemini məhv edir, bağırsaqları, beyin funksiyalarını pozur. Həmçinin, sinir sisteminə spirtli içkilərdən daha çox ziyan vurur. Həzm sistemini korlayır, bədən müqavimətini sıfıra endirir. Yəni bir çox xəstəliklər qaçılmazdır”.

 

Digər mütəxəssis, kliniki psixoloq Mine Çölümlü enerji içkilərinin bir növ psixoloji asılılıq yaratdığını ifadə edib: “İstehlak edilmədikdə sizi pis vəziyyətə salır. Həmçinin narahatlıq, depressiya və gərginlik əlamətlərinə səbəb ola bilir”.

 

Qeyd edək ki, Danimarkada aparılan araşdırmalara görə, enerji içkilərindən müntəzəm istifadə edən insanların piylənmə və şəkər xəstəliyinə tutulma riski daha yüksəkdir.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...

Çilidə təyyarə qəzası olub, çoxlu sayda insan ölüb

Çilinin Curacavi şəhərində baş verən təyyarə qəzasında altı nəfər həyatını itirib. Qəza nəticəsində pilot, köməkçi pilot, bir həkim, tibb bacısı, xəstə və xəstə...

Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-c...

Almaniyada miqrasiya qərarı - “Milli fövqəladə vəziyyət” elan edildi

Almaniyanın yeni Kansleri Fridrix Mers ölkənin sərhədlərini daimi şəkildə nəzarətə almaq məqsədilə miqrasiya məsələsində “milli fövqəladə vəziyyət” ...