\"ABŞ yeni pandemiya planı hazırlayır\" - ŞOK İDDİA

\

"2023-cü ilin iyulunda ABŞ-də yaradılmış Pandemiyaya Hazırlıq və Cavab Siyasəti İdarəsi virus mutasiyalarını həyata keçirməklə yeni pandemiya planı hazırlayır".

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qüvvələrinin rəisi general-leytenant İqor Kirillov bildirib.

 

Kirillov ABŞ-nin qlobal nəzarəti ələ keçirmək niyyətinin olduğunu qeyd edib:

 

"Birləşmiş Ştatların bioloji vəziyyətə qlobal nəzarət yaratmaq üçün strateji planlarını irəli sürməyə yönəlmiş növbəti addımı Pandemiyaya Hazırlıq və Cavab Siyasəti İdarəsinin yaradılması idi. Ofisin prioritetləri virusları və onların genetik cəhətdən dəyişdirilmiş variantları üçün peyvəndlərin və dərmanların yaradılması, eləcə də qabaqcıl bioistehsal texnologiyalarının tətbiqi işini əhatə edir".


Kirillov bildirib ki, ABŞ bununla da virus mutasiyaları üçün axtarış apararaq yeni pandemiyaya hazırlaşmağa başlayıb:

 

“Biz istisna etmirik ki, Birləşmiş Ştatlar hücum məqsədləri üçün, eləcə də bioloji xarakterli böhran vəziyyətləri yaratmaqla qlobal idarəetmə üçün müdafiə texnologiyalarından istifadə edə bilər. Ofisə ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasında qlobal sağlamlıq təhlükəsizliyi və biomüdafiə üzrə baş direktor, Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Pol Fridrixs rəhbərlik edəcək".

 

İnci

 


OXŞAR XƏBƏRLƏR

Tramp Konqresin kitabxanaçısını işdən çıxartdı - Maraqlı

ABŞ Prezidenti Donald Tramp Konqres Kitabxanasının direktoru Karla Haydeni səbəb göstərmədən vəzifəsindən azad edib. Sfera.az Oxu.Az-a istinadən xəbər veri...

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...