Dövrümüzün bəlası - Uşaqların nitqi niyə normal formalaşmır?
Kateqoriya məlum deyil
“Valideynlərdən tez-tez eşidilən şikayətlərdən biri də uşaqların nitqindəki qüsurlardır”.
Sfera.az bildirir ki, bunu tanınmış pediatr Vaqif Qarayev deyib. O, fikirlərini bu cür davam etdirib:
“Deyirlər ki, 3 yaşına qədər uşaq yaşına uyğun danışırdı, sonra nitqi pozuldu, ya kəkələyir, suallara ləng cavab verir, ya da türk və rus sözlərindən istifadə edir. Normal danışan uşaqda kommunikasiyalar pozulub. Yəni əksəriyyəti daim telefonla, ya da televizorla "ünsiyyətdə" olur. Ona görə orada eşitdiyi dillərdə danışır. Bu, dövrümzün bəlasıdır”.
Mütəxəssis qeyd edib ki, uşaqlarla daim danışmaq lazımdır: “Bu, bir dildə olmalıdır. Telefon, televizor artıq formalaşmış nitqə köməkçi olacaq”.
Türkan






