Azərbaycanda 12 min qadın siqaret çəkir

15:21 / 11.07.2023
4970
Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,3 faizi siqaret çəkir.
Sfera.az Dövlət Statistika Komitəsinin “Ev təsərrüfatları tədqiqatının yekunlarına” istinadən xəbər verir ki, qadınlar əsasən 20 yaşdan sonra siqaret çəkməyə başlayırlar.
Tütün məmulatlarından istifadə edən qadınların təxminən 6,3 faizi, yəni siqaret çəkən hər 16 qadından biri gün ərzində 20 ədəddən artıq siqaret çəkir.
Son məlumata əsasən Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların sayı təxminən 4 milyon nəfərdir. Onların 0,3 faizi, təxminən 12 min qadın siqaret istifadəçisidir.
Vasif