Öskürək və soyuqdəyməni yüngülləşdirən 5 tövsiyə - FOTO
"Soyuqdəymə müalicə edildiyi halda 7 günə, edilmədiyi halda - 1 həftəyə keçir".
Təbii ki, bu, bir zarafatdır. Lakin soyuqdəyməyə məsuliyyətsiz yanaşdıqda ciddi xəstəliklərə gətirib çıxarması heç kimə sirr deyil.
Sfera.az publika.az-a istinadən öskürək, qrip və soyuqdəyməni yüngülləşdirən tövsiyələri təqdim edir.
İlıq şorba
Qrip olduqda hər gün bir kasa ilıq şorba için. Antiseptik xüsusiyyətləri sayəsində şorba boğaz ağrıları və qrip əlamətlərini azaldır.
Portağal suyu
Hər gün bir stəkan portağal suyu içmək soyuqdəymə və qrip riskini azaltmaq üçün ən əlverişli üsuldur.
Evkalipt
Antiseptik xüsusiyyətləri sayəsində evkalipt öskürəyi sakitləşdirir, hətta bronxitlə mübarizədə kömək edir.
Bal və limon siropu
2 stəkan limon suyu və 7 qaşıq balı qarışdırın. 1 saat bişirib soyumasını gözləyin. İlk gün hər saatdan bir 2 yemək qaşığı, iki gündən sonra 3 saatdan bir 1 qaşıq yeyin.
Bol maye qəbulu
Çay, kompot, mineral suların qəbul edilməsi hərarət zamanı çox vacibdir. Qrip olan zaman insan çoxlu maye itirir və orqanizmdə susuzlaşma inkişaf edə bilər. Xəstə gün ərzində 2 litrdən az olmayaraq maye qəbul etməlidir.