“Aspartam xərçəng riskini artırır” - IARC

“Aspartam xərçəng riskini artırır” - IARC

Sərinləşdirici içkilər istehsalında istifadə edilən Aspartamın xərçəng riskini artırdığına dair yeni iddialar yayılıb. 
 


Sfera.az “The Telegraph”a istinadən xəbər verir ki, bununla bağlı iddianı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) irəli sürüb. 
 


Məlumat üçün bildirək ki, Aspartam qidalarda istifadə olunan şirin dadlandırıcıdır. Bu kimyəvi maddədən şirin sərinləşdirici içkilərdə geniş istifadə olunur. Həmin maddədə şirinlik dərəcəsi təbii şəkərdən 200 dəfə çoxdur.

 
“The Telegraph” yazır ki, təkcə Böyük Britaniyada bir ildə 5,3 milyard funt sterlinq (6,73 milyard dollar) dəyərində sərinləşdirici içki satılıb. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xərçəng araşdırma qolu olan IARC-nin iyulun 14-də açıqlayacağı hesabatda bu nəticəyə necə gəldiyi bəlli deyil. 
Qeyri-rəsmi şərhlərə görə IARC-nin bu qənaətə Fransada 8 il ərzində 102 865 yetkin insan arasında apardığı müşahidələr əsasında gəldiyi güman edilir. 

 

Araşdırmalar göstərir ki, süni şirin dad yaradan Aspartam və Asesülfam K-nın böyük miqdarda qəbulu döş xərçəngi riskini artırır. Bu maddələr həmçinin piylənməni də artırdığından xərçəngə tutulma ehtimalı güclənir. 


Qeyd edək ki, adıçəkilən kimyəvi maddələrin zərərli olması fikri ətrafında mübahisə daim olub. Aston Universitetində qidalanma üzrə tədqiqatçı Duane Mellor süni şəkərin zərərli olmasının ciddi əsaslandırmasının aparılmadığını bildirib. 


Mellor hesab edir ki, xərçəng riskini artıran düzgün pəhrizin saxlanmamasıdır. Onun sözlərinə görə pəhriz saxlayan bir çox insan emal edilən qidalardan çox istifadə edir ki, bu da xərçəng riskini artırır:

 

“Dadlandırıcı maddələrlə zəngin olan qidalardan əsasən pəhriz məqsədilə istifadə edilir. Amma əslində həmin maddələrin pəhriz yaratma keyfiyyəti aşağı olur. Biz bilirik ki, bu, xərçəng riskinin artmasına şərait yaradır. Pəhriz zamanı tərəvəz, bostan məhsullarının və meyvələrin istehlakı daha doğrudur ". 


Keçən il ÜST Aspartam kimi süni tatlandırıcıların istehlakının mənfi uzunmüddətli təsirlərinin, o cümlədən piylənmə, 2-ci tip diabet və ürək-damar xəstəlikləri riskini artırdığını ifadə edən bir araşdırma nəşr etdi. Həmin araşdırmada süni dadlandırıcının xərçəng riskinin artırılması faktına rast gəlinməyib. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...

Rusiya Ukraynanın hərbi sənaye komplekslərini hədəf alıb

Rusiya Silahlı Qüvvələri Lvov, Xarkov və Lutsk şəhərlərində Ukraynanın hərbi-sənaye kompleksinə və hərbi aerodrom infrastrukturuna qrup hücumu həyata keçirib. ...

İlham Əliyev Suriya Prezidenti ilə görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə iyulun 12-də geniş tərkibdə görüşü olub.   ...

"Qəbələ"yə transfer olunacaq

2025/2026 mövsümünə hazırlıqları davam etdirən "Qəbələ" yeni transferini açıqlayıb.   Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbr veri...