Qadınlar arasında alkoqolizm artıb - ARAŞDIRMA

Qadınlar arasında alkoqolizm artıb - ARAŞDIRMA

35 yaşdan yuxarı uşaqsız qadınlar daha tez-tez alkoqol içməyə başlayıblar və alkoqolizm riski altındadırlar.

 

Sfera.az xəbər verir ki, idilər, bu nəticələrə Boston Universitetinin bir qrup amerikalı tədqiqatçısı gəlib. "Addiction" jurnalında dərc olunan elmi məqalədə tədqiqatçılar 10 000-dən çox valideyn statusu olan qadının içki vərdişləri ilə bağlı cavabları təqdim ediblər. Təhlillər göstərib ki, 2018-2019-cu illərdə 35 yaşlı qadınlar 25 il əvvəl eyni yaşda olan qadınlara nisbətən 60 faiz daha tez-tez içki içir və ya intoksikasiya simptomları yaşayırlar. 

 

Eyni zamanda, elm adamları uşaqsız qadınlar arasında alkoqol asılılığının da böyük riskini qeyd ediblər.

 

Bundan əvvəl ailə terapevti Anastasiya Sumarokova şərab və konyakın gözlənilməz faydalarını açıqlamışdı. Onun fikrincə, az miqdarda alkoqollu içkilər orqanizmə müsbət təsir göstərir.

 

İnci


OXŞAR XƏBƏRLƏR