Beyninizi bunlar qocaldır

Beyninizi bunlar qocaldır
Bədənimizin ən vacib orqanı olan beynimizin daha tez qocalmağını heç kim arzulamaz. Ancaq bəzi risk faktorları var ki, onlardan uzaq duraraq beynimizə yaxşılıq edə bilərik.
Sfera.az deyerler.org-a istinadən həmin 15 risk faktorunu təqdim edir:
1. Ailənizdə Alzheimer (alzaymır) xəstəliyi, yaxud hər hansı demensiya (ağılın zəifləməsi, bilik və vərdişlərin itirilməsi) xəstəsi varsa,
2. Ailənizdə uzun illərdir şizofreniya, yaxud depressiyadan əziyyət çəkən varsa,
3. Nə vaxtsa özünüzə şizofreniya və depressiya diaqnozu qoyulubsa,
4. Yaddaş itkisinə səbəb olan travma yaşamısınızsa,
5. Uzun müddətdir içki içirsinizsə,
6. Şəkərli diabet, təzyiq və yüksək xolesterolunuz varsa,
7. Siqaret çəkirsinizsə,
8. Ürək-damar xəstəliyiniz varsa, yaxud nə vaxtsa infarkt keçirmisinizsə,
9. Nə vaxtsa beyin-damar xəstəliyi yaşamısınızsa,
10. Qalxanabənzər vəziniz (nəfəs borusunun və qırtlağın önündə yerləşir) yaxşı işləmirsə,
11. Anemiya (qan azlığı) varsa və qanınızda B12 vitamini azdırsa,
12. Həftədə 2 dəfə olmaqla 30 dəqiqədən az idman edirsinizsə,
13. Duz və karbonhidratlı qidalar çox yeyirsinizsə,
14. İşlədiyiniz yerdə və ya evdə yeni şeylər öyrənmirsinizsə,
15. Kitab oxumursunuzsa, beyniniz risk altındadır.

OXŞAR XƏBƏRLƏR

Dollar görün neçəyə oldu - Mərkəzi Bankdan TƏCİLİ MƏLUMAT

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il yanvarın 15-də ABŞ dollarının məzənnəsi ...

Cənubi Koreya Prezidenti həbs olundu

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə h...

Rəsmi Bakıdan ABŞ səfirliyinə- CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.   Sfera.az xəbər verir...

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...