Bu bakteriya sürətlə yayılır, antibiotikə güclü müqavimət göstərir: 4 NƏFƏR ÖLDÜ

Bu bakteriya sürətlə yayılır, antibiotikə güclü müqavimət göstərir: 4 NƏFƏR ÖLDÜ

ABŞ-nin 18 ştatında 81 nəfərdə görülən nadir bakteriya ölkəni təşvişə salıb.

 

Sfera.az bildirir ki, “Pseudomonas aeruginosa” adlı bakteriya səbəbindən ölənlərin sayı 4 nəfərə yüksəlib. Sözügedən virus Kaliforniya, Kolorado, Konnektikut, Delaver, Florida, İllinoys, Şimali Karolina, Nyu-Cersi, Nyu Meksiko, Nevada, Nyu-York, Ohayo, Pensilvaniya, Cənubi Dakota, Texas, Yuta, Vaşinqton və Viskonsin ştatlarında aşkarlanıb. Amerikalı mütəxəssislər qeyd edib ki, bu bakteriya göz bəbəklərində “əriyə bilən” nadir növdür və standart antibiotik terapiyasına müqavimət göstərir. Xəstəlik ilk dəfə bu ilin əvvəlində ortaya çıxıb və nəticədə bir nəfər infeksiyadan ölüb. 4 nəfər isə ağır infeksiyaya görə göz bəbəyindən imtina etməli olub.

 

Sürətlə yayılan bakteriyalar üzərində araşdırmaya başlayan səlahiyyətlilər infeksiya ilə reseptsiz satılan göz damcıları arasında əlaqənin təsbit edildiyini açıqlayıb. Hindistanda bir fabrikdə istehsal edilən “EzriCare” və ya “Delsam Pharma” adlı damcılarla bağlı xəbərdarlıq edilib. Qida və Dərman Administrasiyasının daha sonra apardığı araşdırmada sözügedən şirkətin istehsal proseslərinin steril olmadığı və təhlükəsizlik protokollarının yerinə yetirilmədiyi üzə çıxıb. Xəstələrin istifadə etdiyi göz damcıları bir-bir yoxlanılıb, şüşələrdə antibiotiklərə davamlı bakteriyalar müşahidə edilib. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri Hindistanda istehsal olunan və ABŞ-yə idxal edilən iki markanın xəstəlikdən sonra satışının dayandırıldığını açıqlayıb.

 

Qeyd olunub ki, bakteriyaya yoluxmuş xəstələrdə sarı-yaşıl axıntı, bulanıq görmə, qızartı və işığa həssaslıq kimi əlamətlər olub. Göz damcılarından istifadə etdikdən sonra görmə qabiliyyətini itirən xəstələrin isə məhkəməyə müraciət etməyə hazırlaşdıqları öyrənilib. Məlumata görə, ABŞ-də təxminən 17 milyon insan göz damcılarından istifadə edir.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Ermənistanda hərbi hissədə mərmi partladı – 8 hərbçi YARALANDI

Ermənistanda hərbi hissədə mərmi partlayıb.   Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb.   Ha...

İyulun pensiyası bu tarixdə ÖDƏNİLƏCƏK

İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.   Sfera.az xəbər verir ki, bu bar...

Avropada istiyə görə 2300-dən çox insan həyatını itirdi

Ötən həftə başa çatan kütləvi isti dalğası zamanı Avropanın 12 şəhərində 2300-ə yaxın insan dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə L...

Tikdirdiyi binadan hər qızına 5 mənzil verəcək

Türkiyəli müğənni İbrahim Tatlıses Şanlıurfanın Dağeteği ilə Germüş bölgələri arasında yerləşən və təxminən 20 il əvvəl satın aldığı torpaq sahəsindən böyük qaz...

Məhərrəmlikdə onların bazarı "ölür"

Azərbaycanda Məhərrəm ayının başlaması ilə bir çox sahələrdə bazarın durğunluğu müşahidə olunur. Xüsusilə Aşura günü və ondan sonrakı günlərdə əyləncə, şənlik v...

Uşaqların inkişafında cəmiyyətin rolu - ARAŞDIRMA

Uşaq və gənclərin inkişafı istənilən cəmiyyətin gələcəyinin təminatıdır. Onların fiziki və mənəvi sağlamlığı həm fərdi xoşbəxtlik, həm də sosial rifah baxımında...