Bəzi insanlar niyə qrip olmur?

Bəzi insanlar niyə qrip olmur?

Alimlər müəyyən bir tip genin bəzi insanları qrip virusundan qoruduğuna inanır.

Qrip virusu öskürmə və asqırma nəticəsində ətrafa yayılan kiçik hissəciklər vasitəsilə yayılır.

Bəsit bir öskürək belə 100.000 virus hissəciyinin havaya yayılmasına bəs edir.

Burnunuzu silərkən bu rəqəm 2 milyona qədər çata bilər.

Üstəlik olduqca yoluxucu olan bu virus insanların 5-15%-nə təsir edir.

Virusa qarşı hamı fərqli bir reaksiya göstərir.

Bəziləri yatağa düşəcək qədər xəstələndiyi halda, 30-50%-lik qisim müqavimət göstərə bilir. Yəni virus bu insanların bədənindən asanlıqla atılır. Amerikalı alimlər qrip virusundan təsirlənən insanlardakı genləri tədqiq etdilər. Araşdırmalar zamanı mövsümi qrip epidemiyasına səbəb olan H3N2 virusuna yoluxmuş 17 könüllü müşahidə altına alındı. 5 gün ərzində hər 8 saatdan bir qan nümunələri götürüldü. Nəticə olaraq 17 nəfərdən 9-nun özünü xəstə hiss etdiyi müşahidə edildi. Digərləri isə heç bir xəstəlik əlaməti göstərmədi. Bu reaksiya fərqliliyinin səbəbinin genlərlə əlaqəli olduğu ortaya çıxdı. //ATV.az


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...