Evdə Civə Dağılarsa Nə Etmək Lazımdır?

Evdə Civə Dağılarsa Nə Etmək Lazımdır?

Civə dağılsa nələrə diqqət etməli olduğunuzu açıqlayırıq.

Civə ilə təmas insan sağlamlığında çox ciddi problemlər yaradır. Orqanizmdə yuxusuzluq,iştah pozuntusu,dərinin qıcıqlanması,gözlərin sulanması,zökəm,hətta yaddaş pozğunluğu kimi hallara da səbəb ola bilər. 

Civə ilə uzun müddət təmasda olduqda bu,beyin,böyrək,ağ ciyərin və immun sistemin zədələnməsinə gətirib çıxara bilər.

 

 
Evdə civə dağılarsa nə etmək olmaz:

 

- Süpürgə və lif süpürgədən istifadə etmək. Belə vəziyyətdə civə hissəcikləri parçalanaraq yayılacaq,bundan sonra isə onları bir yerə yığmaq mümkün olmayacaq;

- Tozsorandan istifadə etmək. Əgər tozsorandan istifadə olunubsa,civənin yayılmaması üçün onu dərhal atmaq lazımdır;

- Civəni kanalizasiyaya tökmək. Bu civənin borularda qalıb insan sağlamlığına böyük zərər vurmasına gətirib çıxarar.

 

 

 

 

 

- Civə dağılan yerdən uşaqları uzaqlaşdırmalı;

- Dərhal pəncərəni açmalı;

- Civəni ağac və hamar səthlərdən tez təmizləmək mümkündür;

- Xalçaya dağılıbsa,həmin hissəni kəsib atmaq lazımdır.

Civəni təmizləmək üçün ilk növbədə şüşə qırıntılarını yığıb plastik paketə qoymaq,ağzını bağlamaq,sonra isə civəni kartonun köməyilə (sudan qəti istifadə etməyin) səliqə ilə paketə yerləşdirib dərhal atmaq lazımdır. Ayrı-ayrı hissələri yığmaq üçün isə skoçdan istifadə etmək olar. Gözlə görünən hissəcikləri təmizlədikdən sonra isə termometrin qırıldığı yerə və ətrafına krem çəkmək lazımdır. Krem çəkilən yerdə qabarcıqlar əmələ gələcək, onlar mütləq yığılmalıdır. Adi işıqla gözdən qaçan civə hissələrini isə fənərlə görmək olar. Istifadə olunan bütün əşyalar tullanmalıdır. 

Təmizlik işləri bitdikdən sonra pəncərələri açıb ventilyasiyanı qoşmaq və həmin otağa bir sutka girməmək lazımdır. Ertəsi gün döşəməni su ilə yumaq olar.

Əgər hansısa bir yerə daha çox civə dağılıbsa, dərhal pəncərəni açın, oranı soyuq saxlamaq üçün kondisioneri yandırın, heç kimə həmin yerə yaxınlaşmağa icazə verməyin, yaxınlıqda ventilyator, tozsoran və ya saç qurudandan istifadə etməyin və dərhal baş vermiş hadisə barədə cavabdeh xidmətlərə məlumat verin.

(Yazıda istifadə olunan məlumatlar Fövqaladə Hallar Nazirliyinin saytından götürülüb)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR