Logo

"Bu il COVID-19-un sonunu elan edə bilərik, ancaq..." -  Qebreyesus

"Bu il COVID-19-un sonunu elan edə bilərik, ancaq..." - Qebreyesus
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilin əvvəlindən bəri yeni növ koronavirusdan (Covid-19) ölüm hallarının 95 faiz azaldığını açıqlayıb, lakin virusun hələ də mövcud olduğu barədə xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus dünən keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib.

Qebreyesus bəzi ölkələrdə ölüm nisbətlərinin artdığına diqqət çəkərək, son 4 həftədə 14 min insanın koronavirusdan öldüyünü deyib:

“Yeni XBB.1.16 variantının ortaya çıxması virusun hələ də mutasiyaya uğradığını və yeni dalğalar törətmək qabiliyyətinə malik olduğunu göstərir. Bu il biz ümidliyik ki, COVID-19-un sonunu elan edə bilərik. Ancaq bu virus qalacaq və bütün ölkələr onu digər yoluxucu xəstəliklərlə birlikdə idarə etməyi öyrənməli olacaqlar”.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR