Soyuq hava ömrü uzadır – YENİ ARAŞDIRMA

Soyuq hava ömrü uzadır – YENİ ARAŞDIRMA

Soyuq hava ömrü uzadır.

 

Sfera.az bildirir ki, bu barədə Almaniyanın Köln Universitetində araşdırma aparılıb.

 

Tədqiqatçılar soyuğun sağlamlığa necə təsir etdiyini müəyyən etmək üçün soxulcanlar üzərində təcrübələr aparıblar. “Nature Aging” jurnalında dərc edilən araşdırmaya görə, soyuq zədələnmiş zülalların hüceyrələrdən çıxarılması prosesində rol oynayır. Alzheimer və Parkinson da daxil olmaqla, bir çox neyrodegenerativ, xüsusən də irəli yaşlarda baş verə biləcək xəstəliklər bədəndə zərərli zülalların yığılması ilə əlaqələndirilib. Temperaturun zülallara təsirini kəşf etmək isə bu xəstəlikləri yavaşlatmağın yollarını tapmaq yolunda mühüm addım olub.

 

Laboratoriyada latın adı “Caenorhabditis elegans” olan soxulcanlar və insan hüceyrələri üzərində sınaqlar aparılıb. Nəticədə məlum olub ki, aşağı temperatur “yanal amiotrofik skleroz” (ALS) və Hantinqton xəstəliyində yığılmış zülal aqreqatlarının aradan qaldırılmasını təmin edib. “Proteazom”lar adlanan strukturlar sözügedən protein tullantılarını parçalayıb. Bu strukturların işlək vəziyyətdə qalması və təhlükəli zülal yığılmasını təmizləməsi üçün temperaturun aşağı olması kifayət edib. Qeyd olunub ki, araşdırma soyuqda yaşamalı olduğumuz anlamına gəlmir: “Soyuqdan sağlamlıq üçün praktikada necə istifadə oluna biləcəyini müəyyənləşdirmək istiqamətində daha çox araşdırma lazımdır. Həddindən artıq aşağı temperatur da zərərlidir. Bununla belə, bədən istiliyinin orta dərəcədə azalması orqanizm üçün faydalı təsirlər göstərə bilər”.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR

Peycer nədir və necə partladıla bilər? - AÇIQLAMA

Son günlər peycer anlayışı aktual mövzulardan biri olub. İnsanların çoxu isə peycerin nə olduğundan məlumatsızdır.   Bəs peycer nədir və&n...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

Qarabağ Universitetinin tələbə yataqxanası təmirdən sonra - VİDEO

Elm və Təhsil Nazirliyi Qarabağ Universitetinin tələbə yataqxanasının təmirindən sonra görüntülərini yayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazi...

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...