“Gözünüzü niyə kor edirsiniz?” – Satışdakı gün eynəkləri ilə bağlı ŞOK İDDİA

“Gözünüzü niyə kor edirsiniz?” – Satışdakı gün eynəkləri ilə bağlı ŞOK İDDİA

Yaz fəslinin gəlməsi ilə şəhərin müxtəlif yerlərində - mağaza, piyada keçidi, metro çıxışları, hətta köşklərdə belə gün eynəklərinin satıldığına şahidlik edirik.

 

Əksər eynəklərin üzərində onların brend markalara məxsus olduğunu iddia edən qeydlər olsa da, həmin aksessuarlar alıcılara 10-15 manata təqdim olunur. Bu isə istehlakçılarda məhsulun keyfiyyəti ilə bağlı  suallar yaradır.

 

Maraqlıdır, 5-15 manat pul verərək saatlarla gözümüzdə daşıdığımız gün eynəkləri nə dərəcədə etibarlıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov hətta günəşli günlərdə belə, gün eynəyindən istifadə etməməyi tövsiyə edib:

 

“Gün eynəklərinin təkcə Azərbaycanda yox, Portuqaliya, İtaliya çimərliklərində və digər xarici ölkələrdə təsadüfi şəxslər tərəfindən satıldığına şahidlik etmişəm. İnsanlar bu cür eynəklərə üstünlük verirlər və nəticədə isə bu eynəklər gözü məhv edir. Gözü gün işığından qorumağa ehtiyac yoxdur. Mən ən günəşli gündə belə, gözümü məşq etdirirəm ki, günəşə baxa bilim. Təəccüb edirəm ki, hətta qış aylarında belə, qadınlar avtomobilə əyləşən kimi gözlərinə qara eynək taxırlar. Onların gözlərini hansı səbəbdən kor etmək istədiyini anlamıram”.

 

Ekspert gün eynəklərini almazdan öncə test edilməsinin zəruriliyindən söz açıb. AİB sədri keyfiyyətli gün eynəyinin köməyi ilə normalda havada görə bilmədiyimiz cisimləri görəcəyimizi deyib:

 

“Ölkədə gün eynəkləri heç kim tərəfindən yoxlanılmır, onlara sertifikat verilmir. Brend eynəklərin çoxunun testləri var. Lakin bizdə mağazalarda, yaxud köşklərdə  belə testlər təqdim edilmir. Eynəkləri pərakəndə şəkildə alırıq. Dünya üzrə də həkimlər hansı gözə hansı gün eynəyinin lazım olduğu ilə bağlı diaqnostika aparmır. Həkimlər sadəcə, əməliyyatdan sonra bir müddətlik gün eynəyindən istifadə etməyi tövsiyə edirlər. Gün eynəyinin baha olması onun brend olması, keyfiyətli olması anlamına gəlməz. Bu tip eynəkləri  alarkən sertifikat, test tələb etmək olar”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...