Azərbaycanda dərman qiymətlərinin aşağı salınması üçün nə edilməlidir? - Millət vəkilindən AÇIQLAMA

Azərbaycanda dərman qiymətlərinin aşağı salınması üçün nə edilməlidir? - Millət vəkilindən AÇIQLAMA

“2022-ci ildə dərman vasitələrinin idxalına 505 milyon dollar vəsait xərclənib. Dərman idxalı 2021-ci ildə 408,7 milyon dollar, 2020-ci ildə 327,2 milyon dollar, 2019-cu ildə isə 261,6 milyon dollar olub. Bu o deməkdir ki, son 3 ildə dərman idxalı 2 dəfə artıb”.


Sfera.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov Milli Məclisin dünənki iclasında "Dərman vasitələri haqqında" qanuna edilən dəyişiklik müzakirə edilən zaman bildirib. 

 

V.Bayramov qeyd edib ki, dərman idxalında son illər artımların əsas səbəbləri idxal inflyasiyası ilə yanaşı tələbin yüksəlməsidir.


Millət vəkili hazırda Azərbaycanda dərman qiymətlərinin çox yüksək olduğunu bildirib: “Dərman vasitələrinin 20 faizindən çoxunu Türkiyədən idxal edirik. Türkiyədən illik idxalımız 80 milyon dollardan çoxdur. Amma bununla belə, Azərbaycanda eyni dərman Türkiyə ilə müqayisədə kəskin bahadır. Azərbaycanda dərmanların qiymətlərinin optimallaşdırılması və əlçatanlığın artırılması çox vacibdir. 


Eyni zamanda, dərman idxalında Almaniya, Rusiya, Hindistan və İtaliya xüsusi paya malikdir. Həm dərman vasitələrinin qiymətinin aşağı salınması, həm də idxaldan asıllığın azaldılması üçün yerli istehsalın stimullaşdırılması çox vacibdir.


Digər vacib məsələ qiymət siyasətinin təkmilləşdirilməsidir. Taarif Şurası tərəfindən həyata keçirilən qiymət siyasətinin təkmilləşdirilməsi həm də sahibkarlıq fəaliyyətinin bu sahədə genişləndirilməsi baxımdan vacibdir. Bu sahədə bürokratik əngəllərin aradan qaldırılmasına ehtiyac var”.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR