Mövsümi olmayan meyvə və tərəvəzlərin qəbulu ziyandır? – Həkimdən AÇIQLAMA

Mövsümi olmayan meyvə və tərəvəzlərin qəbulu ziyandır? – Həkimdən AÇIQLAMA

İlin bütün fəsillərində mövsümi olmayan meyvə və tərəvəzlərin satışına rast gəlinir. Xüsusilə apreldə market və bazarlarda alça, gilas kimi meyvələrin alıcıların marağına səbəb olduğu görülməkdədir.

 

Bəs, mövsümi olmayan meyvə və tərəvəzlərin orqanimzə nə kimi mənfi təsirləri ola bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sağlam qidalanma üzrə ekspert-mütəxəssis Məhsəti Hüseynova mövsümi olmayan qidaların qəbulunun insanlarda müxtəlif xəstəliklər yaratdığını qeyd edib:

 

“Mövsümi olmayan meyvə və tərərəzləri istehlak edən şəxslər onlardan həmin dad və keyfiyyəti alacaqlarını düşünürlər. Xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar bu kimi meyvə-tərəvəzlərdən istifadə edir. Bu qidaların arasında alça, çiyələk, pomidor, badımcan kimi meyvə-tərəvəzlər var. Bu növ qidalar istixanalarda yetişdrilir və onların yetişməsinə süni, kimyəvi müdaxilələr olur, hormonlardan istifadə edilir. Bu qidaların tərkibində olan süni vasitələr meyvə yetişdikdən sonra da onun tərkibindən təmizlənmir və istehlak zamanı onlar insan orqanizminə keçir. Həmin qidaları qəbul edən insanlarda hormon balansının pozulması, onkoloji fəsadlar kimi təhlükəli xəstəliklərin yaranması, eyni zamanda həzm sisteminin pozulması halları yaşanır”.

 

Ekspert tam yetişməmiş meyvə-tərəvəzlərin qəbulunun passiv zəhərlənmə ilə nəticələndiyini də qeyd edib:

 

“Kal şəkildə satışa çıxarılan məhsulların qəbulu isə ürək-damar, qan sistemi problemləri yaradır. Bu da qəfil ürəktutmalarına, ölümədək qədər gətirib çıxarır. Bu kimi qidaların qəbulu passiv zəhərlənmə ilə də nəticələnə bilir. Belə ki, mövsümi olmayan meyvə və tərəvəzlər qəbulu anında bədəndə reaksiya verməsə də, zamanla insan orqanizmi zəhərlənir. Yaxşı olar ki, yaşadığımız ölkədə hər fəsilə uyğun meyvə-tərəvəzlərdən istifadə edək. Belə olan halda qəbul etdiyimiz qidadan vitamin və mineral əldə etmiş oluruq”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

"Qarabağ" "Neftçi"yə qarşı: Hesab açıldı

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Ərdoğan Harrislə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ərəfəsində Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd Kamala Harrisl...

"Müharibədəki zirehli jiletimi Faiq Ağayevə bağışladım, qəbul etmədi"

"Aparıcı İlqar Mikayıloğlu hərbi bayramların birində mənə zirehli jilet bağışlamışdı".   Sfera.az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağ...