Yeni yayılan “Marburq” virusu: Müalicə və peyvəndi yoxdur, öldürür! - ƏLAMƏTLƏRİ

Yeni yayılan “Marburq” virusu: Müalicə və peyvəndi yoxdur, öldürür! - ƏLAMƏTLƏRİ

Son günlər “Marburq” virusu müzakirə obyekti olub.

 

Sfera.az bildirir ki, sözügedən virus Afrikanın Tanzaniya bölgəsində 5 nəfərin ölümünə səbəb olub. Qeyd olunub ki, yüksək yoluxucu virus bir sıra əlamətlərlə “Ebola”ya olduqca oxşardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, “Marburq” virusu yoluxduğu insanların orta hesabla yarısını öldürür.

 

“Marburq” virusu haqqında nələr bilinir?

 

Virusa ilk dəfə 1967-ci ildə Almaniyanın Frankfurt və Marburq şəhərlərində, Serbiyanın paytaxtı Belqradda 31 nəfərdə rast gəlinib, 7 nəfərin ölümünə səbəb olub. Xəstəliyin mənbəyinin Uqandadan gətirilən yaşıl meymunlar olduğu bildirilib. Lakin o vaxtdan bəri virusla əlaqəli digər heyvanların da adı çəkilib. Belə ki,  yarasaların yaşadığı mədənlərdə və mağaralarda uzun müddət qalan insanlarda da sözügedən infeksiyaya rast gəlinib. Ötən illərdə Marburq virusunun yayılması bu ölkələrdə baş verib: Ekvatorial Qvineya, Qana, Konqo Demokratik Respublikası, Keniya, Cənubi Afrika, Uqanda, Zimbabve.

 

2005-ci ildə Anqolada baş verən epidemiyada 300-dən çox insan ölüb. Dünyanın qalan hissəsində isə 40 il ərzində “Marburq” virusundan cəmi iki nəfər ölüb. Bu ölümlərdən biri Avropada, digəri isə ABŞ-də baş verib. Hər iki şəxs Uqandada mağara ekspedisiyalarında iştirak ediblər.

 

“Marburq” virusunun əlamətləri nələrdir?

 

Virusa yoluxanlarda qızdırma, şiddətli başağrısı və əzələ ağrıları görünür. Ümumiyyətlə, üç gün ərzində ishal, qarın ağrısı, ürəkbulanma və qusma şikayətləri olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu mərhələdə xəstələrin görünüşü solğun və yuxulu olur. Bir çox insan bədəninin müxtəlif yerlərində qanaxma baş verir. Bəziləri həddindən artıq qan itkisi və şokdan səkkiz-doqquz gün sonra ölürlər. Virus üçün xüsusi müalicə və ya peyvənd yoxdur.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...