Bayramda 121 nəfər zəhərləndi, 2 nəfər öldü - RƏSMİ
Sağlıq
12:24 / 27.03.2023
13215
Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində zəhərlənmə şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 121 müraciət daxil olub.
Bu barədə Sfera.az-a qurumdan məlumat verilib.
Qeyd olunub ki, müraciət edən şəxslərdən 88-nə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb:
“33 nəfər şöbəyə yerləşdirilib, onlara zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb. Xəstəxanaya yerləşdirilən 33 nəfərdən 23-ü qadın, 10-u kişi olub. Onlardan 5-i dəm qazından, 15-i dərmandan, 8-i sirkə turşusundan, 3-ü botulizm, 2-si isə allergiya səbəbindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, cinsləri qadın olan 2 nəfərin (sirkə turşusu zəhərlənməsi səbəbilə) həyatını xilas etmək mümkün olmayıb”.
Günay Rəsulqızı