Uşaqlara sitrus meyvələri neçə yaşdan vermək olar?

Uşaqlara sitrus meyvələri neçə yaşdan vermək olar?

 

Sitrus meyvələri güclü allergik xüsusiyyətlərə malikdir. Bundan əlavə onlar mədə-bağırsaq sisteminə qıcıqlandırıcı təsir edir.

Bu səbəbdən hətta böyüklər bu meyvələrdən sui-istifadə etməməlidir (gün ərzində 1 portağal və ya 2 mandarin, ya da 1 kivi kifayətdir).

Sfera.az saglamolun.az-a istinadla xəbər verir ki, pediatrlar sitrus meyvələri uşaqların qidalanmasına 1-1,5 yaşlarda daxil etməyi tövsiyə edirlər. Əvvəl uşağa bir neçə damcı mandarin və ya portağal şirəsini verin və 1-2 gün ərzində orqanizmin reaksiyasına nəzarət edin.

Uşağın dərisində səpgilər, qaşınma əmələ gəlibsə, sitrus meyvələrin verməyini təxirə salın. Heç bir reaksiya yoxdursa, uşağa hər gün az miqdarda olmaqla (1-2 dilim) sitrus meyvələri verə bilərsiniz. Kişik yaşlı uşaqlara sitrus meyvələri verdikdə bütün pərdələri soyun (onlar mədə-bağırsaq sistemində çətinliklə həzm olunur), çəyirdəkləri çıxardın.

Allergik reaksiyalara meyilli olan uşaqlara sitrus meyvələri 3 yaşından sonra və hətta daha gec vermək olar. Bu halda da damcılardan başlamaq və orqanizmin reaksiyasına fikir vermək lazımdır.


OXŞAR XƏBƏRLƏR