Qripdən qorunmaq üçün istehlak edilməsi lazım olan QİDALAR

Qripdən qorunmaq üçün istehlak edilməsi lazım olan QİDALAR

 

 

 

Sfera.az xəbər verir ki, soyumağa başlayan hava ilə birlikdə gribal infeksiyalarda baş verən artımların olduğunu bildirən Diyetisyen Aslıxan Küçük, bəzi təkliflər verib:

 

"Bilməyimiz lazım olan ən önəmli hal bizi soyuq havanın xəstə etməsi deyil, əsil xəstə olmağımızın səbəbi soyuq havalarla yanaşı immun sistemimizin zəifləməsinin olduğunu müəyyən etməkdir.


İlk öncə hava dəyişkənliyinə qarşı immunitet sisteminizi möhkəmləndirməlisiniz.


İmmunitet gücləndirici tərəvəzlərin ən önəmlisi olan sarımsaq və soğanı qeyd edən Küçük, orqanizmdə istehsal olunan çox güclü bir antioksidant olan glutatyon, bir çox xəstəliyin səbəbi sayılan sərbəst radikalları hüceyrə içində yox etdiyini bildirdi.


İmmunitet sisteminizin düşdüyünü hiss etdiyiniz an ilk ağlınıza portağal, limon, qreypfrut, naringi istehlakını artırmaq gəlir. Gücünüzə güc qatacaq meyvələrdən nar və Anamur banan yeməyi də unutmayın.


İçərisindəki yüksək "C " vitamini səbəbilə təbii bir antioksidant olan itburnu çayı immunitet sistemini gücləndirir.


Portağaldan daha çox "C” vitamini ehtiva edən itburnu çayını gündə iki fincan istehlak etmək gribal infeksiyalardan qorunmaq üçün yaxşı alternativdir.


Balıq: Omega-3 yağları ilə zəngin, keyfiyyətli zülallara malik, D vitamini, fosfor və kalsium ilə zəngin olan balıq immuniteti artırır.


Kefir-Qatıq İstehlak Edin: İmmunitet sisteminin güclü olmasında bağırsaqlar mühüm rol oynayır.


Bağırsaq florasını gücləndirən probiyotiklər, hər gün ən azı 1 kasa qatıq və ya 1 su stəkan kefir istehlak edilməsi immuniteti artırır.

 

Kefirin dadı ləzzətli olmasa da meyvə ilə qarışıq şəkildə yeyə bilərsiniz."

 

 

Aytac

 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.





OXŞAR XƏBƏRLƏR