Logo

Yeni günə başlamazdan əvvəl etməli olduğumuz VƏRDİŞLƏR - FOTOLAR

Yeni günə başlamazdan əvvəl etməli olduğumuz VƏRDİŞLƏR - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qeyd edək ki, şəhərdə yaşayanların ən sıx yaşadığı problemlər yorğunluq, halsızlıq və enerji zəifliyi olur.

Bəs gün ərzində bunları təmin etmək üçün nələr etməliyik?

Mütəxəssislərin verdiyi açıqlamalara görə, hər səhər saat 10-a qədər görülən və vərdiş halına gətirilməsi lazım olan davranışlar gün içindəki enerjinizi qazanmağınıza kömək edəcəkdir!

Sfera.az hər səhər saat 10-dan əvvəl etməniz lazım olan vərdişləri təqdim edir:

1. Gülümsəyin!

Əgər xoşbəxt olmaq və gözəl bir gün keçirmək istəyirsinizsə heç vaxt gülümsəməkdən çəkinməyin. Gülümsəmək həm sizi, həm də qarşınızdakını səadətə sövq edəcəkdir. Bu səbəbdən günə gülümsəyərək başlayın.

Yeni günə başlamazdan əvvəl etməli olduğumuz VƏRDİŞLƏR - FOTOLAR

2. Gərilmə məşqi edin!

Yataqdan qalxar-qalxmaz görəcəyimiz ilk iş bütün bədənimizin açılmasını təmin edəcək gərilmə hərəkətlərini etməkdir. Gecə boyunca hərəkət qabiliyyətimiz məhdud olduğu üçün səhər qalxar-qalxmaz keçirəcəyimiz dartılma hərəkətləri qandövranımızı sürətləndirir və əzələlərimizi açır.

Yeni günə başlamazdan əvvəl etməli olduğumuz VƏRDİŞLƏR - FOTOLAR

3. Musiqi dinləyin!

Məhz bu çox mühümdür! Dərhal özünüzə yaxşı bir musiqi seçin və səhər enerjinizi özünüzə gətirməsi üçün saat 10-dan əvvəl mütləq qulaq asın. Çünki musiqi dinləmək beynimizə dopamin buraxıb xoşbəxt hiss etməsini təmin edir.

Yeni günə başlamazdan əvvəl etməli olduğumuz VƏRDİŞLƏR - FOTOLAR

4. Meditasiya edin!

Meditasiyanın sizə verdiyi təsiri saymaqla bitirmək olmaz, ancaq ən məlum olanlar müvazinəti artırması, immuniteti gücləndirməsi və təbii ki, bizim ən çox axtardığımız enerji və xoşbəxtlik verməsidir. 20 dəqiqənizi ayırıb meditasiya etməyiniz kifayətdir. Xatırladaq ki, peşəkar səviyyədə olan bir meditasiya olmaya da bilər. Əsas olan rahatlığınızı təmin etməyi bacarmaqdır.

Yeni günə başlamazdan əvvəl etməli olduğumuz VƏRDİŞLƏR - FOTOLAR

5. Təşəkkür edin!

Elm insanlarının da sübut etdiyi təşəkkür və minnətdarlıq hissi xoşbəxtliyə səbəb olur. Məmnuniyyətsiz fikirləri başınızdan atıb, həm həyata, həm də ətrafa qarşı minnətdarlıq hissi içində olmaq size rahatladacaq.

Yeni günə başlamazdan əvvəl etməli olduğumuz VƏRDİŞLƏR - FOTOLAR

6. Günlük etməli olduqlarınızın siyahısını hazırlayın!

Gün ərzində etmək məcburiyyətində olduğunuz və görmək istədiyiniz işlərin siyahısını hazırlayın. Bu siyahını əhəmiyyət sırasına görə edin. Beləliklə, ay mən nə edəcəkdim kimi boşluqlara düşməmiş olacaqsınız və gününüzü sistematik bir şəkildə keçirmiş olacaqsınız.

Yeni günə başlamazdan əvvəl etməli olduğumuz VƏRDİŞLƏR - FOTOLAR

7. Dağınıqlığı aradan qaldırın!

Otağınızdakı paltarlar, mətbəxdəki çirkablar, ofis masanızdakı lazımsız əşyalar, bunların hamısı sizi yorğunluğa sövq edəcək amillərdir. Baxdıqca gözünüzdə büyümesin deyə dərhal səliqəyə diqqət edin.

Yeni günə başlamazdan əvvəl etməli olduğumuz VƏRDİŞLƏR - FOTOLAR

8. Bol su için!

Su həyat, xoşbəxtlik və sağlamlıq mənbəyimizdir. Bu səbəbdən xüsusilə səhər saatlarında bol miqdarda su istehlak etməlisiniz.

Yeni günə başlamazdan əvvəl etməli olduğumuz VƏRDİŞLƏR - FOTOLAR

9. Tək bir işə adaptasiya olun!

Beyninizin eyni anda bir çox işi birdən etməsinin qeyri-mümkün olduğunu bilirdinizmi?

Bu səbəblə işlərinizi bir-bir etməyi vərdiş halına gətirməlisiniz. Çünki eyni anda birdən çox işə diqqət yetirdikdə, heç birini tam olaraq edə bilməyəcəksiniz. Digər tərəfdən, tək bir işə özünüzü verdikdə isə beyniniz tam gücü ilə o iş üçün çalışacaq və təbii olaraq da o iş asanlıqla qurtaracaq.

Yeni günə başlamazdan əvvəl etməli olduğumuz VƏRDİŞLƏR - FOTOLAR

10. Hərəkət edin!

Daha yaxşı çalışan bir beyin üçün hərəkət etməyin nə qədər vacib olduğunu bilməlisiniz.

Bu səbəblə hər gün məşq etməyi vərdiş halına gətirin. Sizə gedin bir idman salonuna daxil olun demirəm. Sadəcə, gün ərzində əzələlərinizi işlətməyə çalışın. Yarım saat, ya da ən azından 15 dəqiqə boyunca gəzin. Çünki daha çox hərəkət edən insanların beyninin daha sürətli çalışdığı məlumdur. Hərəkət etməyi bir kənara qoyun ayağa qalxmaq belə beynə fərq ediləcək dərəcədə müsbət təsir edir. Hətta bəzi mənbələrdə, insan beyninin ayaq üstə duranda 10% daha çox çalışdığı irəli sürülür. Yəni beyninizi dayanmış kimi hiss etdiyiniz dəqiqələrdə ayağa qalxıb bir neçə addım atmağı təcrübədən keçirin.

Yeni günə başlamazdan əvvəl etməli olduğumuz VƏRDİŞLƏR - FOTOLAR

Aytac

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR