COVID-19 peyvəndlərinin yan təsiri ilə bağlı müzakirələrə SON QOYULDU - ARAŞDIRMA

COVID-19 peyvəndlərinin yan təsiri ilə bağlı müzakirələrə SON QOYULDU - ARAŞDIRMA

ABŞ koronavirus əleyhinə peyvəndlərin yan təsirləri ilə bağlı müzakirələrə son qoyub.

 

Sfera.az bildirir ki, bu barədə Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) və Qida və Dərman İdarəsi (FDA) məlumat yayıb. Hər iki qurum 65 yaşdan yuxarı xəstələrdə insult riskinin artması ilə bağlı iddiaları araşdırıb. 

 

Nəticədə “Pfizer”in istehsal etdiyi vaksinlərin sözügedən risklə heç bir əlaqəsi olmadığı qənaətinə gəlinib. “Washington Post”a danışan FDA rəsmisi “Biz bütün məlumatları nəzərdən keçirdik. Hazırda vaksinlərlə bağlı heç bir narahatlıq yoxdur", deyə söyləyib.

 

Xatırladaq ki, bu yaxınlarda “BMJ Medicine”də nəşr olunan bir araşdırmaya görə, koronavirus əleyhinə vurulan peyvəndlərin doğuş səviyyəsinə təsirinə dair heç bir əlamətə rast gəlinməyib. Başqa sözlə, peyvənd əleyhdarlarının ən məşhur arqumentlərindən biri olan məhsuldarlığı azaltdığı iddiası da bu araşdırma ilə təkzib olunub. Menstruasiya dövrünün stress, kilo itkisi və ya artımı, davamlı idman kimi müxtəlif faktorlardan təsirlənə biləcəyini vurğulayan mütəxəssislər, bir günlük gecikmənin son dərəcə normal olduğunu vurğulayıblar.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR