Qonşu ölkədə COVID-19-un yeni növü AŞKARLANDI
Sağlıq
14:03 / 12.01.2023
8284
Rusiyada koronavirusun yeni ştamı aşkar edilib.
Sfera.az bildirir ki, bu barədə "Rospotrebnadzor" məlumat yayıb.
"Omicron XBB.1.5 subvariantına ilk yoluxma faktı Penza vilayətində qeydə alınıb", - hesabatda bildirilib.
Məlumata görə, hazırda Rusiyada “BA.5”ə yoluxma üstünlük təşkil etsə də, "Omicron"un geniş çeşidi var:
“”Delta” ştamı 2021-ci ilin ikinci yarısında və 2022-ci ilin payızında aşkar edilib. Digər ştamlar isə son aylarda qeydə alınmayıb. “Rospotrebnadzor” və digər idarələrin laboratoriyaları Rusiya Federasiyasında və bir sıra qonşu ölkələrdə koronavirus variantlarının dövriyyəsinə daim nəzarət etməkdə davam edir”.
Türkan