Koronavirusun yeni ştamına görə... - Önəmli MASKA QƏRARI

Koronavirusun yeni ştamına görə... - Önəmli MASKA QƏRARI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni variantı ilə bağlı yenidən xəbərdarlıq edib.

 

Sfera.az-ın məlumatına görə, qurum rəsmiləri bildiriblər ki, ölkələr son ştamın ABŞ-da sürətlə yayılmasını nəzərə alaraq, sərnişinlərə uzun məsafəli uçuşlarda maska taxmağı tövsiyə etməyi düşünməlidirlər.

 

Qurumun Avropa üzrə baş fövqəladə hallar zabiti Ketrin Smolvudun sözlərinə görə, Avropada “XBB.1.5” subvariantı kiçik, lakin artan sayda aşkar edilib.

 

“Ona görə də sərnişinlərə uzun məsafəli uçuşlar kimi yüksək riskli şəraitdə maska taxmaq tövsiyə edilməlidir. Bu, COVID-19-un geniş yayıldığı hər yerdən gələn şəxslərə aid olmalıdır”.

 

Qeyd olunub ki, “XBB.1.5”in qlobal infeksiya dalğasına səbəb olub-olmayacağı bəlli deyil. Mütəxəssislərin fikrincə, hazırkı peyvəndlər ağır simptomlardan, xəstəxanaya yerləşdirmədən və ölümdən qorumağa davam edir.

 

Xatırladaq ki, ötən həftə ərzində “XBB.1.5” variantı  ABŞ-da COVID-19-a yoluxma hallarının 27,6%-ni təşkil edib.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR