COVID-19-un narahatlıq doğuran YENİ ŞTAMI: Əlamətləri nələrdir, necə qorunaq?

COVID-19-un narahatlıq doğuran YENİ ŞTAMI: Əlamətləri nələrdir, necə qorunaq?

Ümumdünya Səhiyyə Təşkilatı son vaxtlar ABŞ-da artan və onlarla ölkədə rast gəlinən koronavirusun “XBB.1.5”ştamı ilə bağlı narahatlığını ifadə edib. 

 

Sfera.az bildirir ki, sözügedən virus başqa variantlardan daha sürətlə yayılır və digər adı “Kraken”dir. 

 

Bəs bu ştam ciddi problemlərə səbəb ola bilərmi? Simptomları nələrdir? Niyə bəzi insanlar onu “Kraken” adlandırırlar?  

 

Koronavirusun yeni ştamı bağlı məlumatları təqdim edirik:

 

XBB.1.5 variantının fərqi -  ÜST-nin  koronavirus üzrə texniki rəhbəri Maria Van Kerxove bildirib ki, ABŞ də bu ştamın yayılma sürətindən xüsusilə narahatdırlar.

 

"Bu, indiyə qədər aşkar edilmiş ən yoluxucu variantdır", - o söyləyib. “Fortune”-nin məlumatına görə, dekabrın əvvəlində ABŞ-da “XBB.1.5” bütün yoluxma faktlarının 1%-ni təşkil edib, üç həftə sonra isə bu rəqəm 41%-ə yüksəlib.


Əlamətləri

 

Simptomlar keçən qışda yayılmış “Omicron” variantının əvvəlki versiyalarına yaxın görünür - burun axması, boğaz ağrısı, tıxanıqlıq və s. Bunun səbəbi, variantın əsasən “Omicron”dan törəməsidir. Bu ştamda pandemiyanın başlanğıcında görünən dad və ya qoxu itkisi kimi simptomlara daha az rast gəlinir. Məlumata görə, əlamətlər sırasında nəfəs darlığı da ola bilər.


Qorunma yolları

 

Mütəxəssislər bildiriblər ki, bunun üçün ən yaxşı yol peyvənd və xatırlatma dozalarını qəbul etməkdir. Bundan əlavə, maska taxmaq və qapalı məkanlardan qaçmaq infeksiya riskini azalda bilər.


Koronavirusu bir dəfə keçirmiş şəxslər bu ştama yoluxa bilərmi?

 

Xəstəliyə yoluxduqdan sonra insanlar COVID-19-dan bir qədər qorunsa da, bu, əbədi olaraq xəstəliyə qarşı immunitetin olacağı demək deyil. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, COVID-in təkrar yoluxma ehtimalı yüksəkdir.


Niyə “Kraken”?

 

Xüsusilə “Twitter”də bəzi istifadəçilər “XBB.1.5”i "Kraken" variantı adlandırmağa başlayıblar. Bu ad Kanadanın Guelf Universitetinin biologiya professoru Ryan Qreqoriyə aiddir. Belə ki, professor bu varianta “XBB.1.5” və “Omicron”dan daha güclü ad vermək istəyib. Nəticədə Skandinaviya mifologiyasından dəniz canavarının adını seçib.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR