Logo

Mütəxəssisdən son yayılan virusla bağlı AÇIQLAMA: “Bu, risklidir”

Mütəxəssisdən son yayılan virusla bağlı AÇIQLAMA: “Bu, risklidir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Ümümdünya Səhiyyə Təşkilatı yenə bizi həyəcanlandırır - “Omikron”un yeni ştamı peyda olub, qonşu ölkələrdə donuz qripi yayılıb və.s”.

Sfera.az bildirir ki, bunu tanınmış həkim Vaqif Qarayev deyib.

O, ölkədə yayılan son virusa diqqət çəkib: “Yüksək qızdırma, əzələ-sümük ağrıları, uzun müddət davam edən zəiflik demək olar ki, hamını narahat edir. “Parasetamol”, “Nurofen” kimi preparatlar kömək etmir. Dərmanların keyfiyyətsizliyi var. Əksəriyyət “Nimesil”dən razıdır - ağrıları yaxşı götürür, qızdırmanı salır. Mədəsində problem olanlar bu dərman vasitəsindən ehtiyatla istifadə etməlidir. “Tamiflu” isə xəstəliyin ilk günlərində effektlidir”.

Mütəxəssis qeyd edib ki, uşaqların həkim nəzarətində müalicə olunması məqsədəuyğundur:

“Kiçik yaşlı uşaqlarda xoşagəlməz ağırlaşmalara tez-tez rast gəlinir. Ona görə özünümüalicə risklidir. Xalq təbabətindən isə geninə-boluna istifadə etmək olar, lakin uşaqlarda yox, böyüklərdə”.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR