“Qızdırma üç gündən artıq davam edərsə...” - Mütəxəssisdən XƏBƏRDARLIQ

“Qızdırma üç gündən artıq davam edərsə...” - Mütəxəssisdən XƏBƏRDARLIQ

“Avropanın bir çox ölkələrində müşahidə olunan isti hava şəraiti virusların da yayılmasına səbəb olub. İndiki xəstəliklər müxtəlif variasiyalarda gedir: yüksək qızdırma; qızdırma və boğaz ağrısı; qızdırma, öskürək və burun tutulması; qızdırma, qusma və ishal”.

 

Sfera.az bildirir ki, bunu tanınmış pediatr Vaqif Qarayev deyib.

 

O bildirib ki, ən çox narazılıq yaradan faktor isə qızdırmanın aqressivliyi və dərmana tabe olmamasıdır:

 

“Dərmanların keyfiyyəti ilə bağlı iradlarla razılaşmaq olar. Amma dərman qəbulundan sonra qızdırmanın normaya düşməsinə çalışmaq lazım deyil. Uşaqlarda qızdırma üç gündən artıq davam edərsə, mütləq müayinə olunmalıdılar. Özbaşına antibiotik qəbulu vəziyyəti ağırlaşdıra bilər. Üç yaşına qədər uşaqlarda qusma və ishal varsa, ilk gündən mütləq həkim nəzarətində olmalıdırlar”.

 

Mütəxəssis həmçinin qeyd edib ki, burada xalq təbabətindən istifadə qadağan deyil:

 

“Hamını nənə-babalarımız belə böyüdüb. Amma təhlükəli məqamları da qeyd etdim. Çox vaxt həkimsiz keçinmək olmur. Ənənəvi təhlükə isə yenə də qalır - xəstə uşaqların kollektivə getməsi...Valideynləri narahat edən məsələlərdən biri də uşaqların sağalandan sonra təkrar yoluxmasıdır. Kollektivə gedən uşaq isə sağalandan sonra təkrar başqa virusla yoluxur”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...