Ət Xallardan xilas olmaq üçün 6 Təbii Üsul

Ət Xallardan xilas olmaq üçün 6 Təbii Üsul
Ət xalları boyunda, qolda, göz qapaqlarında və bədənin digər hissələrində yaranan kiçik çıxıntılardır.

Sfera.az bildirir ki, ümumiyyətlə dərinin yağlı təbəqələrində kollagen yığılması nəticəsində meydana gəlməsinə baxmayaraq bəzən sürtünməyə görə də meydana gələ bilər.

Sağlamlıq üçün heç bir risk təşkil etməsə də iltihablanmağa uyğun olduqları və asanca yaralana bildikləri üçün bəzi insanlar üçün cansıxıcı ola bilər.

İnsanların çoxu bunlardan xilas olmaq istər çünki xalların çirkin olduqlarını və gözəlliklərini pozduqlarını düşünürlər.
Yaxşı xəbər budur ki bunları yox etmək üçün acı verən və bahalı əməliyyatlara gərək yoxdur.

Bütün təbii məhsullarda olan müxtəlif xüsusiyyətlərdən faydalanaraq, xalların ətrafındakı dəriyə də zərər vermədən bunlardan xilas olmaq üçün hazırlaya biləcəyimiz bir çox ev istehsalı müalicə vardır.

Gəlin bu üsullara bir nəzər salaq!
1. Alma sirkəsi

Alma sirkəsində olan asit turşusu ət xallarını və sigilləri yox etmək üçün ən təsirli maddələrdən biridir.

Bu müalicəylə ət xallarını tamamilə yox etmək bir neçə həftə davam edir.
İstifadə olunan məhsullar
1 yemək qaşığı alma sirkəsi
1 dişqurdalayan
1 pambıq topu
yara bantı
İstifadəsi
Et xalının ətrafını ilıq su və həssas bir sabunla yuyun.
Tamamilə qurulayın və bir kürdanla nəzakətlicə qaşıyın.
Pambığı alma sirkəsini batırın və birbaşa olaraq xalı üstünə qoyub yara bandıyla yapışdırın.
Ertəsi səhər bantı çıxardıb dərinizi yuyun və gecə yatmadan əvvəl bu əməliyyatı təkrarlayın.
Bu müalicəyə ət xalı düşənə qədər davam edin.
 

2. Hind yağı və pivə mayası

Pivə mayası və Hind yağının qarışığı ilə edilən məlhəm dəridə yaranan bu çirkin birləşmələri yox etmək üçün istifadə edilə bilər.

Məhsullar
1 yemək qaşığı Hind yağı
Yarım çay qaşığı toz pivə mayası
yara bantı
İstifadəsi
Hind yağı və pivə mayasını qarışdıraraq yapışqan konsistensiyalı bir məlhəm yaradın.
Qarışığı xalın üstünə sürtün və yara bandıyla bağlayın.
Bir gecə bu şəkildə buraxın və səhər yuyun.
Ən yaxşı nəticə üçün 2 ilə 4 həftə boyunca davam edin.
 
3. Ananas suyu

Ananas suyunda olan bir ferment olan bromelain bu çirkin meydana gəlmələrlə mübarizə üçün çox faydalıdır.

Fermentin sahib olduğu iltihab sökücü və antiviral təsir ət xallarının kiçilməsini təmin edir və bədənin digər hissələrinə yayılmasına mane olar.

Məhsullar
1 ananas
3 damla limon suyu
1 pambıq topu
İstifadəsi
Ananas əzin və üzərinə 3 damla limon sıxın.
Pambığı hazırladığınız mayenin içinə batırın və problemli bölgəyə çəkin.
Bu əməliyyatı gündə üç dəfə təkrarlayın.



OXŞAR XƏBƏRLƏR

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...

Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək- Bu dəfə 5 gün

COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, sentyabrın...

Əməkdar artist VƏFAT ETDİ

Rusiyanın əməkdar artisti Nina Qrebeşkova vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 94 yaşında dünyasını dıyişib.   Qrebeşkova m...

Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ

"8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.   S...