Çin dünyaya yenidən virus yayır: ABŞ və İtaliya qaydaları sərtləşdirir

Çin dünyaya yenidən virus yayır: ABŞ və İtaliya qaydaları sərtləşdirir

Çində COVID-lə bağlı tədbirlərin yumşaldılmasından sonra İtaliya və ABŞ Çindən gələn şəxslərdən test vermələrini tələb edəcək. 


Sfera.az xəbər verir ki, Çin hökuməti virusa yoluxanların sayının azaldığını əsas gətirərək sərt tədbirləri yumşaldıb. Amma ABŞ və İtaliya hökuməti Çinin açıqladığı məlumatların doğruluğuna şübhə edir. Buna səbəb isə Çindən Milana gedən iki təyyarədəki sərnişinlərin təxminən 50 faizində COVID virusunun aşkarlanmasıdır.


Sınaqlar nəticəsində yeni variantlar aşkar edilərsə, İtaliya Çindən gələnlər üçün daha sərt tədbirlər görəcək. İtaliyanın səhiyyə naziri Orazio Skillaçi çərşənbə günü axşam artan testlərin yeni variantların aşkarlanması üçün kritik olduğunu bildirərək Avropa İttifaqında (Aİ) oxşar addım atmaq üçün Aİ Səhiyyə Komissarına məktub yazdığını qeyd edib.


Milana gələn sərnişinlərdə virus daşıyıcılarının sayının çoxluğu ABŞ-nin daha operativ davranması ilə nəticələnib. ABŞ-nin elan etdiyi yeni qaydalara əsasən, Çində 10 gün və daha çox müddətə qalan şəxslər Amerikaya daxil olduqda test verməli olacaqlar. 


ABŞ və Avropa ölkələri virusun yayılmasının yenidən pandemiyaya səbəb olmasından qorxur. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR