Koronavirus peyvəndi qripin ağır keçməsinə səbəb olur? - Açıqlama

Koronavirus peyvəndi qripin ağır keçməsinə səbəb olur? - Açıqlama

Son günlər Azərbaycanda qripə yoluxanlar xəstəliyi ağır formada keçirdiyini bildirirlər. İddialardan biri budur ki, bu, koronavirus əleyhinə vurulan vaksinlərlə bağlıdır. Belə ki, iddialara əsasən, peyvənd vurduran şəxslərdə qripin əlamətləri uzun müddət müşahidə edilir. Məsələn, boğaz ağrısı istənilən tədbirlərə rəğmən gec keçir və.s.

Maraqlıdır, vaksinlər həqiqətən də digər infeksiyalara yoluxma prosesinə təsir edibmi? Bəzi insanlar niyə qrip infeksiyasını ağır keçirir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli vaksinlər insan orqanizmində anticisimlər yaratdığını xatırladaraq, iddialarla bağlı bunları deyib:

 

“Əgər siz həmin anticisimin birləşə bilmədiyi yad bir virusa yoluxmusunuzsa, bu anticisim sizi xəstəlikdən qorumur. Qrip isə koronavirusla quruluşca heç bir yaxınlığı olmayan virusdur. Koronavirus vaksininin qrip xəstəliyini ağırlaşdırması kimi bir iddia isə tamamilə şayiədir. Bu fikirlərin hansısa elmi əsası yoxdur”.

 

Müsahibimiz qeyd edib ki, mövsümi artım göstərən xəstəliklər hər zaman olub:

 

“Qrip bunların ən yayğın olanlarından biridir. Bəzi insanlarda ağır keçməsi tamamilə orqanizmin müqaviməti ilə əlaqədardır. Lakin digər bir faktor da mümkün sayıla bilər ki, A qrupundan olan influenzavirusun törətdiyi qrip xəstəliyi hazırda qonşu ölkələrdə yayılmış vəziyyətdədir. Bu tip qrip virusları digərlərindən daha kəskin gedişatlı xəstəlik törətməklə fərqlənir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...